GDU – Azərbaycanın dünya təhsilinə növbəti inteqrasiya nöqtəsi
Tarix: 04-12-2018 | Saat: 15:37
Bölmə:Manşet / Təhsil / Seçilənlər-9 | çapa göndər
Professor Yusif Yusibov rəhbərlik etdiyi ali təhsil Gəncə Dövlət Universitetində tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə-magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına imkan yaradıb
Bu gün ölkənin sayılıb-seçilən, respublikanın təhsil sistemində kifayət qədər yüksək nüfuza sahib olan ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetidir. Zəngin ənənələri, şərəfli tarixi olan bu elm və təhsil ocağı indiyədək ölkəmizə minlərlə yüksək ixtisaslı peşəkar kadrlar vermişdir. Bu gözəl ənənə bu gün də davam etməkdədir. Belə ki, Gəncə Dövlət Universiteti indinin özündə də Azərbaycan təhsilinə öz dəyərli töhfələrini verməkdədir.
Tarixi ekskurs
Azərbaycan Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə o zaman Kirovabad adlanan Gəncə şəhərində N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu açıldı. İnstitut üçün münasib baza olmadığından şəhərin M.Qorki adına 1 nömrəli məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının sərancamına verildi. İlk vaxtlar üçün institutda iki ixtisas – təbiyyət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırıldı. Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə 01 oktyabr 1938-ci ildə fəaliyyətə başladı.
1939-cu ildə institutda daha iki yeni fakültə – tarix, Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı. Eyni zamanda təbiyyət fakültəsi təbiyyət-coğrafiya fakültəsi kimi yenidən quruldu.
01 sentyabr 1943-cü ildən etibarən İMİ-ti ləvğ olunur, həmin təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradıldı.
1943-1944-cü tədris ilinin payızında instituta Azərbaycanın görkəmli maarif-pərvəri, torpaqşünaslıq və aqrokimya elmlərinin banisi – ensiklopedik alim Həsənbəy Zərdabinin adı verildi.
13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə institut Gəncə Dövlət Universiteti (GDU) adlandırılmışdır.
Hazırda universitetdə çalışan 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru, professor; 151 nəfəri dosent; 303 nəfər fəlsəfə doktoru, baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
2014 - əsaslı dönüş nöqtəsi
Birmənalı olaraq deyə bilərik ki, məhz 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru vəzifəsinə Yusif Yusibovun təyinatından sonra bu ali təhsil müəssisəsinin fəaliyyətində əsaslı dönüş yarandı. Qısa müddət ərzində universitetdə müasir tədris metodikaları, işgüzar şərait və ən əsası da şəffaflıq və obyektivlik prinsipləri ilə yönləndirilən fəaliyyət proqramı tətbiq olunmağa başlandı. Məlumat üçün qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 184 elmi və tədris-metodiki əsərin müəllifi və həmmüəllifidir. 1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib. Göründüyü kimi Yusif müəllim kifayət qədər böyük elmi-pedaqoji təcrübəyə və ən əsası da hazırda rəhbərlik etdiyi ali təhsil ocağı ilə uzun illərdən bəri davam edən bağlantılara malikdir. Məhz elə buna görə də hörmətli professorun bu vəzifədə fəaliyyəti artıq ilk günlərdən əsaslı islahatlarla əlamətdar ola bilib.
Müasir təhsil standartları və innovativ yanaşma
Hal-hazırda universitetdə 8 fakültə və 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır.
Məlumdur ki, bu gün Azərbaycan təhsilinin yüksək beynəlxalq standartlar səviyyəsinə çıxarılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən GDU-da tədrisin keyfiyyətini artırmaq üçün innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə 2016-cı ildən bu məqsədə xidmət edən yeni layihəyə - “açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur. Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparılır.
2017-ci ildən Gəncə Dövlət Universitetində İnnovasiyalar Departamenti fəaliyyət göstərir. Departamentin nəzdində 5 yeni şöbə yaradılmışdır. Bunlar İnnovasiya texnologiyalarının transferi və marketinqi, Strateji təhlil, qiymətləndirmə və monitorinq, İnformasiya resurslarının formalaşması, Layihələrin idarə edilməsi şöbəsi və Əqli mülkiyyət şöbəsidir. Bundan əlavə rektorun müvafiq əmrinə əsasən İnformasiya Kommunikasiya Texnologiyaları, Beynəlxalq əlaqələr və Nəşriyyat şöbəsi də İnnovasiyalar Departamentinin tərkibinə daxil edilmişdir.
Beynəlxalq əlaqələr inkişaf etdirilir
Xüsusilə vurğulamaq istədiyimiz bir məqam da bundan ibarətdir ki, bu gün GDU-nun rəhbərliyi xarici beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. Universitetdə “Elektron universitet” layihəsi reallaşdırılıb. Təhsil sisteminin Boloniya proqramı üzrə qurulması unuversitetin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir.Universitetdə tədrisin müasir tələblər səviyyəsində qurulması müəllim və tələbə- magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarır. Bu gün artıq GDU-nun onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.Gəncə Dövlət Universiteti Türkiyənin “Mövlana” mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb.
Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu ilə əməkdaşlıq uğurla davam etdirilir. Bundan başqa GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya Respublikası Səfirliyi, Almanyanın “DAAD” təşkilatı, “Tasis” proqamı üzrə “Avropa dilləri öyrədilməsi mərkəzi”, Ingiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.
Bundan başqa, ötən il GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində ilk dəfə olaraq rəsmi “IELTS” imtahanının təşkil olunmuşdur. GRBS və Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa əsasən, universitetdə 2016-cı ildən rəsmi “İELTS” Test Mərkəzi fəaliyyətə başlamışdır və artıq hər ay universitetdə həm rəsmi “İELTS” imtahanı, həm də sınaq imtahanları keçirilməsi nəzərdə tutulmuşdur.Təhsilini xaricdə davam etdirmək istəyən hər bir şəxs bu imtahanlarda iştirak etməklə, istəyini gerçəkləşdirə bilər. “İELTS” nəticələri Avropa, Amerika, Yaxın Şərq və Avstraliyanın öndə gedən ali təhsil müəssisələrində tanınır.
İKT universitet həyatına inamla daxil olur
Müasir təhsili informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək belə mümkün deyi. O cümlədən Gəncə Dövlət Universiteti də yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, ağıllı lövhələr, ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz olunmuş, tədris binaları arasında fiberoptik kabellərlə “Gigabit ethernet” texnologiyası vasitəsilə lokal şəbəkə yenilənmiş, yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən korpuslara ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılmışdır.Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir.Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.
Universitetdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə ötən il GDU əməkdaşlarının Respublikanın nüfuzlu elmi nəşrlərində 350-ə yaxın məqaləsi, xarici ölkələrin elmi nəşrlərində 60-dək elmi məqaləsi dərc edilmişdir,onlarla dərs vəsaiti,metodik vəsait və monoqrafiyaları çap olunmuşdur. Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir.
Həmçinin ötən il Gəncə Dövlət Universitetinin tarixində ilk dəfə olaraq bakalavriat səviyyəsinə 1300 nəfərdən çox tələbə qəbul olmuşdur. Bu tələbələrin 53 nəfəri 500-600 arası, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qəbul planının yerinə yetirilmə faizi 85,45 % təşkil etmişdir.Qəbul imtahanlarında respublika üzrə ixtisas seçiminə görə Gəncə Dövlət Universiteti ilk 5 universitet arasındadır.
80 yaşında gənc
Bu günlərdə Gəncə Dövlət Universiteti fəaliyyətə başlamasının 80 illiyini böyük təntənə ilə qeyd edib. Bu münasibətlə universitetdə möhtəşəm yubiley tədbiri təşkil olunub. Yubiley tədbirində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin rəhbərləri, nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzinə gələrək Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər düzüb, dahi rəhbərin xatirəsini anıblar.
Sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub.
Tədbirin sonunda isə, Prezident İlham Əliyevin 2018-ci il 31 oktyabr tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim olunub.
Bu gün Gəncə Dövlət Universiteti artıq 80 illik şərəfli tarixi ilə özünün əsil gənclik və inkişaf dövrünü yaşamaqdadır. Heç şübhə etmirik ki, bu qabaqcıl ali təhsil müəssisəsi daha böyük uğur və nailiyyətləri hələ bundan sonra uzun illər boyunca xalqımızı sevindirəcək, Azərbaycan elminin inkişafına öz misilsiz tövhələrini təqdim edəcək.
aia.az
Elbrus Bağırov
Elnur Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər