AZ RU Mobil versiya
Fəxrəddin Manafov Rus Dram Teatrından niyə ayrılır? - AÇIQLAMA
Tarix: 04-12-2018 | Saat: 12:10
Bölmə:Manşet / Gündəm / Seçilənlər | çapa göndər

Fəxrəddin Manafov Rus Dram Teatrından niyə ayrılır? - AÇIQLAMA


“Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında - ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik”.

Bunu Modern.az-a açıqlamasında Rus Dram Teatrının əməkdaşı İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.


Teatrın əməkdaşı Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib:


“Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun”.


Dəfələrlə xalq artisti Fəxrəddin Manafovla məsələni dəqiqləşdirmək üçün əlaqə saxlamağa çalışsaq da, aktyordan telefon zənglərinə cavab ala bilmədik.


Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə xəbərlər yayılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

512 044 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021