Mobil versiya
İlham Əliyev Trampa və Corc Buşa başsağlığı verdi
Tarix: 01-12-2018 | Saat: 14:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev Trampa və Corc Buşa başsağlığı verdi


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

aia.az-ın məlumatına görə başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.

Başsağlığında bildirilir: "Zati-aliləri, atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024