“Mən “143 manata bir ay normal yaşamaq olar” deməmişəm” - Hadı Rəcəblidən açıqlama
Tarix: 29-11-2018 | Saat: 14:42
Bölmə:Manşet / Siyasət | çapa göndər
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentdəki çıxışı ilə yenidən müzakirələr yaradıb.
BakuPost xəbər verir ki, saytlarda yazılanlara görə, deputat "Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq” fikirlərini səsləndirib. Bu isə "143 manata bir ay normal yaşamaq olar” kimi başa düşülüb.
BakuPost-un əməkdaşı məsələ ilə bağlı Hadı Rəcəblinin özü ilə əlaqə saxlayıb. Deputat deyib ki, onun parlamentdəki çıxışı təhrif olunub.
H. Rəcəbli əlavə edib ki, gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı rəqəmi bu ilin müvafiq dövrü ilə müqayisədə 13 manat çoxdur: "Mən çıxışımda bildirdim ki, bu hesabla 17 min adam əlavə olaraq ünvanlı yardıma cəlb olunacaq və bu, yaxşı haldır. Çünki ehtiyac meyarı ünvanlı yardımı hesablamaq üçün nəzərdə tutulan rəqəmdir. Bu, kasıb təbəqəni müəyyənləşdirməyin bir göstəricisidir. Daha sonra demişəm ki, ehtiyac meyarı göstəricisi dünyada yoxdur, gələcəkdə yaşayış minimumu ilə əvəz olunmalıdır. Dünyada yaşayış minimumu rəqəmi var. Təklif etdim ki, gələcəkdə ehtiyac meyarı götürülsün, minimum əmək haqqı da yaşayış minimumuna uyğun olsun. Spiker Oqtay Əsədov da ehtiyac meyarının yaşayış minimumu ilə əvəzlənməsi barədə təklifimi dəstəklədi. Yaşayış minimumu isə 180 manatdır. Mən çıxışımda onu da dedim ki, yaşayış minimumu da artmalıdır. Ən başlıcası, minimum əmək haqqı yaşayış minimumuna çatdırılmalıdır. Mən deməmişəm ki, ehtiyac meyarı bir ay dolanmağa bəs edir. Bu fikrim təhrif olunub”.
Qeyd edək ki, noyabrın 27-də Milli Məclisin plenar iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri H. Rəcəbli çıxış edib. Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Bir sıra media orqanlarında dərc olunan yazılarda H. Rəcəblinin parlamentdə çıxışı zamanı "143 manata bir ay normal yaşamaq olar” ifadəsini dilə gətirdiyi qeyd edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu