Mobil versiya
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - YENİLƏNİB
Tarix: 27-11-2018 | Saat: 18:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - YENİLƏNİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Hörmətli Ramzan Əhmədoviç. Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz xalqlarımız arasında ənənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Çeçen və Azərbaycan xalqları əsrlər boyu dostluq edirlər, bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni səviyyəyə çıxır. Buna görə mən Sizi bizim əziz qonağımız kimi ölkəmizdə salamlamağa çox şadam. Fürsətdən istifadə edərək, Sizi və bütün qardaş çeçen xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə görə təbrik etmək istərdim. Mən bilirəm və Sizin respublikanıza səfər edənlər mənə danışırlar, televizorda da görürəm ki, şəhərlər necə dəyişir, respublika çiçəklənir və bir çox sosial, infrastruktur məsələləri həll olunur. Bilirəm ki, bütün bunlar Sizin şəxsi nəzarətiniz və rəhbərliyiniz altında baş verir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar.

Bildiyiniz kimi, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır. Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur. Yəqin bilirsiniz ki, Vladimir Putinin səfəri zamanı sizin də nümayəndələrinizin olduğu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Buna görə də bir daha demək istəyirəm ki, münasibətlərimiz tarixə, qardaşlığa əsaslanır. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək. Bir daha xoş gəlmisiniz.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024