Siyavuş Novruzov: Əfv sərəncamları dövlətin vətəndaşa dəyərinin ifadəsidir
Tarix: 24-11-2018 | Saat: 11:48
Bölmə:Siyasət | çapa göndər
Hüquqi və demokratik dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Yəni dövlət öz vətəndaşlarına xüsusi diqqət və qayğı göstərir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Eyni zamanda, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini diqqət mərkəzində saxlayır. Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də Amnistiya Aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini və öz vətəndaşlarına münasibətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi Amnistiya Aktları əsasında həyata keçirilir.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm - insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoyub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə bu cəza növü ləğv edildi. Bununla yanaşı, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yəni Azərbaycanda məhkumların əfv olunması ənənəsi mütəmadi xarakter daşıyır. Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nətiicəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.
Ümumiyyətlə, bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub. Ən son Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub. Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətində humanizm prinsipləri xüsusi yer tutur. Fondun yarandığı vaxtdan etibarən həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də ardıcıl olaraq humanist addımların atılmasıdır.
Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, Amnistiya Aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, onlar minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər.
Siyavuş Novruzov,
YAP İcra katibinin müavini,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu