Mobil versiya
“Rza qadınlara abırsız sözlər deyirdi” - Döyülən məktəb direktoru bütün sualları cavablandırdı
Tarix: 23-11-2018 | Saat: 11:27
Bölmə:Gündəm | çapa göndər

“Rza qadınlara abırsız sözlər deyirdi” - Döyülən məktəb direktoru bütün sualları cavablandırdı


"Mənə görə məhkəməyə düşmüş xanımları – valideynləri, müəllimləri tək qoya bilmərəm”.

Bunu BakuPost-a açıqlamasında noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında "Dolu” filminin məşhur aktyoru, "Drakon” obrazını canlandıran Rza Rzayev tərəfindən döyüldüyü bildirilən 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev bildirib.

T. Mirzəliyev deyib ki, R. Rzayev hər məhkəmə prosesində valideynləri söyür, təhqir edir, hədələyir: "Mən bunu əvvəlcədən görürdüm. Ona görə də o zərbələri bir növ üzərimə çəkirdim. Nəinki keçən dəfəki, ondan əvvəlki bütün məhkəmə proseslərində iştirakıma Bakı Şəhəri üzrə Təhsil İdarəsi icazə verib. Eyni zamanda onu da nəzərə çatdırım ki, mən və həyat yoldaşım 220 nömrəli məktəb-liseyin valideynidir. Nə olursa olsun, mən həmin valideynləri tək qoymayacam. Mənim orada olmadığım mənzərəni təsəvvür edin?! Onsuz da həmin valideynləri Rza Rzayev, onun dostları söyür, valideynləri, valideynlərin ərlərini əxlaqsız adlandırırlar. Deyirlər ki, sizin arvadlarınız məhkəmələrdə nə gəzir? Baxmayaraq ki, həmin xanım valideynləri özləri məhkəməyə veriblər. Hələ mən orada ola-ola bu təhqirləri səsləndirir, abırsız, nalayiq ifadələr işlədirlər. Orada bacıları Zeynəb Rzayeva da olur və bu ifadələri o da eşidir. Yəqin ki, bacısına hörmət etmir. Bacısının yanında oğlu da olur. Rza Rzayev bacısına və oğlu da anasına hörmət etmirsə, mənim onlardan başqa qadınlara hörmətlə yanaşmağı gözləməyim absurddur”.

T. Mirzəliyev R. Rzayevlə arasında başlanan münaqişənin səbəbinə – 220 nömrəli məktəb-liseydə direktor olduğu zaman aktyorun bacısı Zeynəb Rzayevanın direktor müavini vəzifəsindən çıxarılmasına da toxunub : "Bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işidir. Onun bacısını mən işdən çıxartmamışam, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə işdən çıxarılıb. Hazırda Zeynəb Rzayevanın vəzifəsinə bərpa ilə bağlı iş apelyasiya məhkəməsindədir. Rza Rzayevin bacısı 220 nömrəli məktəb-liseydə işə bərpa olunmuş sayılmır, çünki ilkin instansiya məhkəməsinin qərarı qüvvəyə minməyib. Ümid edirik ki, ilkin instansiya məhkəməsinin heç bir əsas göstərmədən verdiyi qərar apelyasiya məhkəməsində ləğv olunacaq”.

Direktor qaynının dava-dalaş baş verən zaman Nizami Rayon Məhkəməsinin qarşısında olduğu, sonradan polis bölməsinin qarşısında onun yaxın qohumlarına hücum çəkən bir nəfərə bıçaq verdiyi barədə aktyorun sözlərinə də münasibət bildirib: "Gah deyir ki, qaynım məhkəmənin qarşısında bıçaq çıxarıb, gah da deyir ki, polis bölməsinin qarşısında bıçaq çıxarıb. Bir qərar versinlər ki, qaynım harada bıçaq çıxarıb. Bəli, mənim qaynım məhkəmə binasının qarşısında olub. Qaynımın orada nə gəzdiyi barədə Rza Rzayevin fikirlərinə gəlincə, o halda Rza Rzayev bacısının yanında nə gəzir? Rza Rzayev bacısının yanında nə gəzirsə, mənim də qaynım ona görə orada gəzir. Qaynımın məhkəmə binası, yaxud polis bölməsinin qarşıısnda bıçaq çıxarması tamamilə yalandır. Əgər elədirsə, bu qədər qalmaqallı bir işdə qaynımın bıçaq çıxardığını niyə aktlaşdırmayıb, niyə qaynımı saxlamayıb? Bunların hamısı yalandır ”.

Qeyd edək ki, R. Rzayev bundan öncə BakuPost-a açıqlamasında cavabdeh və şahid qismində dəvət olunmadığı halda T. Mirzəliyevin hər məhkəmə prosesi zamanı 220 nömrəli məktəb-liseyin valideynləri ilə birlikdə Nizami Raon Məhkəməsinin qarşısına gəldiyini, təhrikedici hərəkətlərə yol verdiyini söyləyib. Aktyor bununla bağlı hadisədən öncə Təhsil Nazirliyinə yazılı müraciət etdiyini, ancaq müraciətdən sonra da direktorun dərs vaxtı məhkəməyə gəlməyə davam etdiyini nəzərə çatdırıb. R. Rzayev T. Mirzəliyevin əvvəllər 220 nömrəli məktəb-liseyin direktoru olduğunu, hazırda 175 saylı məktəbdə çalışdığını, bu məhkəmə prosesinin də onunla heç bir əlaqəsi olmadığını vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə