Mobil versiya
“Şəhid varisini incitmək heç kəsə hörmət gətirməz!” - Deputat, şəhid xanımı və Milli Qəhrəman
Tarix: 22-11-2018, 11:34 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Şəhid varisini incitmək heç kəsə hörmət gətirməz!” - Deputat, şəhid xanımı və Milli Qəhrəman


Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Bəzi şəhid vərəsələri isə sihayıda adlarının olmaması səbəbindən etiraz aksiyaları keçirməkdə davam edirlər.

Deputatlar Hadi Rəcəbli, Qənirə Paşayeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul edib. Amma problem həll olunmur ki, olunmur...


Bəzi şəhid vərəsələri illər əvvəl çox cüzi miqdarda aldıqları vəsaitlə kifayətlənməyəcəklərini bildirərək, Milli Məclisin, Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçirirlər.


Şəhid ailələri cəmiyyətin ən həssas təbəqəsidir və istənilən məsələ onların üstün hüquqları ilə həll edilməli olduğu halda, şəhid analarının, bacılarının, xanımlarının küçələrə çıxması xoşagələn hal deyil.

Modern.az mövzunun həssaslığını nəzərə alaraq, məsələyə müxtəlif rəylər öyrənib.



Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib ki, ölkə başçısının bu istiqamətdə verdiyi Fərmanda hər şey nəzərə alınıb:


“Fərmanda açıq-aydın göstərilir ki, şəhid hərbi qulluqçular, hətta itkin düşmüşlərin vərəsələri də nəzərə alınır. Məsələ ilə bağlı qarşıya çıxan problemlər hökumət tərəfindən araşdırılır. Həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm Milli Məclis məsələni diqqətdə saxlayır. Milli Məclisin sədri Oqtay Əsədov həm Bahar Muradovaya, həm də parlamentin Əmək və sosial siyasət komitəsinə tapşırıq verdi. Məncə heç kimin haqqı, hüququ tapdalanmayacaq. Kimsə narahatlıq keçirməsin, qanunla fərmanda nəzərdə tutulan şəxslərin hamısı sığorta ödənişlərini alacaqlar. Ola bilər, daha əvvəl az miqdarda vəsait alanlar olsun. İstənilən halda bütün bunların hamısı araşdırılacaq və nəzərə alınacaq. Ümumiyyətlə, şəhid ailələrimiz müqəddəs toplumdur. Onları incitmək və onlara qarşı ədalətsizlik, etinasızlıq etmək rəsmi, yaxud qeyri-rəsmi hər hansı şəxsə hörmət gətirməz. Biz hamımız çalışmalıyıq ki, onların haqqı tapdalanmasın. Prezidentimizin verdiyi fərmanla o məbləğlər kimə çatmalıdırsa, tam ödəniləcəkdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağl mütəmadi olaraq, mətbuat konfransı keçirir, çıxışlar edir. Bu istiqamətdə kimin nə cavabsız sualı varsa, nazirliyə ünvanlaya bilər”.



“Aprel döyüşləri”nin iştirakçısı, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə onunla eyni taleni bölüşən şəhid ailələrinə dəstək çıxıb:


“Əgər bu vəsait şəhid ailələrinə verilməlidirsə, elə edək ki, onlar bu vəziyyətdə çöllərdə, kiminsə qapısında görünməsinlər. Ailələr kiminsə qapısını döyürsə, bu, şəhid ailəsinin adına ləkə deyil. Əksinə, şəhid ailəsini öz qapısına gətirən məmurun azca da olsa günahı var ki, ailə onun qapısına gedir. Siyahı var. Mən inanmıram ki, kimsə heç bir əsası olmadan bu ödənişi istəsin. Bütün bunlar kütlə önündə deyil, qarşılıqlı anlaşma ilə həyata keçirilməli idi. Hamının, bütün şəhid ailələrinin problemləri var. Problemsiz ailə yoxdur. Onlar ailələrinin başçısını, həyat yoldaşlarını, oğullarını, atalarını itiriblər. Tək yaşayıb, vətən üçün oğul böyüdən analar var. Bu gün onlara “bu sənəd çatmır, o sənəd yoxdur” deyib süründürürüksə, ailə bəlkə də o puldan imtina edəcək ki, qapılarda qalmasın. Mən çox istəyərdim ki, cəmiyyətimizdə bu ailələrin adı ən üstün ailələr cərgəsində çəkilsin. Çünki bu ailələr cəmiyyətimizin göz bəbəyidir. Bu ailələrin hesabına 1991-ci ildən bu günə qədər yol gəlirik, dövlətimizin sərhədlərini onların balaları qoruyub.

Məni televiziyalara çağırırlar, mən çıxıb nəsə deməyə utanıram. Axı bu müstəqillik onların canı, qanı bahasına qazanılıb. Şəxsən mən onlara olan münasibəti görəndə utanıram. Hər dəfə “bu sayda vərəsəyə ödəniş edildi”, səhəri gün “daha bir neçəsinə ödəniş edildi” düzgün yanaşma deyil. Bu iş elə qurulmalı idi ki, o ailələr küçələrə çıxıb aksiya keçirmək məcburiyyətində qalmasın. Hər şey bağlı qapılar arasında həll olunmalı idi, həll etmək borcumuzdur. İstənilən halda şəhid ailələrinin üstünlük hüququ var. Biz onların razılığı ilə ortaq məxrəcə gəlib məsələni həll etməli idik. Mən inanıram ki, bu belə də olacaq. Bu, həm də cəmiyyətə bir yükdür, bir sınaqdır. Onlardan nəyisə əsirgəmək, hansısa məbləğə görə onları küçələrə çıxarmağa düzgün baxmıram. Əgər bu Fərman verilibsə, onun icrası da düzgün olmalıdır. Ölkə başçısı tərəfindən verilmiş bu Fərmanı da lazımi şəkildə icra etmək lazımdır. Onsuz da o ailələr itirdiklərini itiriblər. 11 min manat sığortapulu şəhidin bircə tükünə də dəymir. Amma elə edək ki, məsələni şəhid ailələrinin üstün hüququ ilə həll edək”.



Milli Qəhrəman Vahid Quliyevin sözlərinə görə, istənilən məbləğ o ailələrin dərdini yox etmək gücündə deyil:


“Bu pul vərəsələrə verilməlidirsə, dövlət tərəfindən təşkilatlanmış şəkildə və müəyyən olunmuş vaxtda verilməlidir. Ki, bu insanlar gözləməklə, harasa getməklə əldən düşməsinlər.

Şəhidlər başımızın tacıdır. Gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün bu məsələlərə həssaslıqla yanşılmalıdır. Lazımi qurumlar bunu açıqlamazdan əvvəl məsələni kompleks həll etməli idilər ki, bu cür hadisələr baş verməsin. Şəhid anası, bacısı küçəyə çıxıb aksiya keçirmək məcburiyyətində qalmasın. Hər bir oğul bu torpaq uğrunda şəhid olubsa, onun ailəsinə 11 min yox, 21 min manat da verilsə azdır. Bunu dərk etmək lazımdır”.

aia.az



5245 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930