Mobil versiya
Rəsmi Bakı Dilqəmlə Şahbazı qaytarmaq istəməyən Paşinyana CAVAB VERDİ
Tarix: 21-11-2018 | Saat: 15:51
Bölmə:Siyasət | çapa göndər

Rəsmi Bakı Dilqəmlə Şahbazı qaytarmaq istəməyən Paşinyana CAVAB VERDİ


“Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Nikol Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi”.



Bu haqda Modern.az saytının sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.



Qeyd olunub ki, Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərib.



“Ermənistanın baş naziri vəzifələrini icra edən N.Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən birisi olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir”.



Qeyd edək ki, Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında girov və əsirlərin dəyişdirilməsi barədə fikirlərini bölüşüb.



Paşinyan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversant Karen Kazaryanla dəyişdirilməsinə razı olmadıqlarını deyib.



2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.



Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də girov saxlanılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024