İlham Əliyevin uşaqlığı keçən ev - Fotolar
Tarix: 24-12-2015 | Saat: 16:19
Bölmə:Gündəm / Media / Aia TV / Karusel | çapa göndər
Bu gün Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin doğum günüdür
“Doğum günü” deyiləndə ilk ağla gələn isə insanın uşaqlığı, böyüdüyü ev olur.
…Zərifə Əliyeva küçəsində bir bina var. Qarşında Milli Lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın büstləri qoyulub. Prezident İlham Əliyev bu binada dünyaya göz açıb və uşaqlığı da burada keçib. Birinci bolk, 3-cü mərtəbə…
Natəvan Xaliqova bir zamanlar ailə dostu və qonşuları olan İlham Əliyevlə bağlı xatirlərini bölüşür:
- Biz bu həyətə 1963-cü ildə köçmüşük. Bura köçməyimizin çox maraqlı bir tarixçəsi var. O vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Sviqun idi. Binada 4 ortaqlı mənzil boşalmışdı. Rəhmətlik Heydər Əliyev də ailəsi ilə birlikdə burada 3 otaqlı evdə qalırdı.
Ona təkilf etdilər ki, həmin 4 otaqlı mənzilə köçsün. Amma o, bu təklifə “yox” dedi: “Mənim iki uşağım var, amma Əbdül Xaliqovun 7 övladı var. Buna görə də 4 otaqlı ev bizdən çox, Əbdül müəllimin ailəsi üçün uyğundur”. Bu hərəkəti Heydər Əliyevdən başqa heç kəs etməzdi! Baxmayaraq ki, daha yüksək vəzifədə çalışırdı, amma evdən imtina etdi və onu bizə verdi.
Onlar çox yaxşı qonşu idilər. Sadə, hər kəsə kömək edən, səmimi… Atasının çox yüksək vəzifədə çalışmasına baxmayaraq, İlham çox sadə bir uşaq idi. Heç vaxt hiss etdirmirdi ki, atası harada işləyir. Ümumiyyətlə, onların heç biri heç vaxt təkəbbürlü olmayıb.
O illər məmim üçün unudulmazdır. Bizim uşaqlığımız qonşu və dost olaraq keçib. Bir-birimizə qarşı çox mehriban idik. İlham çox ürəyitəmiz, saf və tərbiyəli idi. Düzdür, onu həyətdə az-az görürdük, çox vaxt evdə dərslə məşğul olardı. 6 nömrəli məktəbdə oxuyurdu. Arıq və ucaboy oğlan idi. Həmişə sadə, amma səliqəli və təmiz geyinirdi.
80-ci illərdə Bilgəhdə KQB-nin pansionatı vardı. Biz hər yay ora köçərdik. Heydər Əliyevin ailəsi Pansionatın 3-cü mərtəbəsində qalırdı. Biz hər gün uşaqlarla birlikdə dənizin kənarında, voleybol, futbol oynayardıq…
Zərifə xanım Heydər Əliyevlə birlikdə hansısa tədbirlərdə olanda, uşaqları bizim evə gəlirdilər. Biz bir yerdə dərs oxuyur, gülüb-danışır, oynayırdıq.
Heydər Əliyev birinci katib olandan sonra da bir müddət bu binada qaldılar. Onlarla üzbəüz bir rus ailə yaşayırdı. Qadının adı Anya xala idi. Təhlükəsizlik məqsədilə Heydər Əliyev Anya xaladan xahiş etdi ki, mümkünsə, bir mərtəbə yuxarıya köçsünlər. Anya xala razılaşmadı. Heydər Əliyev sadəcə dedi ki, eybi yox, qoy, hər şey xanımın istədiyi kimi olsun və bir də heç vaxt bu məsələyə qayıtmadı.
Zərifə xanım çox mədəni, sadə, alicənab, savadlı insan idi. Onlar uşaqları ilə nəfəs alırdılar, var-dövlətləri yalnız uşaqları idi. Övladlarının təhsililə çox maraqlanırdılar.
Onlar qapalı ailə deyildilər. Mənim bacılarımın toyunda Heydər Əliyev və Zərifə xanımın şəxsən iştirak ediblər. Biz onların ad günlərinə gedərdik. Zərifə xanım çox gözəl süfrə açardı, dolma, bozbaş və plov bişirərdi. O yeməklərin ətri hələ də burnumuzdan getməyib.
Zərifə xanımın anası Leyla xanım da çox gözəl və istiqanlı insan idi. Onlar Şüvəlanda bağda qalırdılar, amma tez-tez bura nəvələrini görməyə gəlirdilər. Həmişə bizə – uşaqlara deyirdi ki, “səhər tezdən durub, təmiz hava udun”.
Bu vaxt dövlət başçımızın digər keçmiş qonşusu Süleyman Xaliqov da söhbətə qoşulur:
- Biz binanın həyətində futbol oynayırdıq. Hərdən İlham da bizə qoşulurdu. Həyətin orta hissəsində balaca bir yer vardı, uşaqlarla ora toplaşıb, oyunlar oynayardıq.
Binanın digər sakini İlqar Bünyadov dövlət başçımızın uşaqlıq dostu olduğunu deyir:
- Biz hamımız həmin vaxt çox balaca idik. Dörd dost idik, həmişə həyətdə bir yerdə oynayırdıq. İlham tez-tez bizi evlərinə çağırırdı. Rəhmətlik Heydər Əliyev istirahət günlərində bizi maşına mindirib, şəhəri gəzdirərdi.
Bir dəfə gözümə tikan batmışdı. Həmin vaxt Zərifə xanım göz klinikasında işləyirdi. O, məni özü ilə klinikaya apardı və gözümü müalicə etdi. Çox mehriban, gülərüz xanım idi. Onlar çox yaxşı qonşu idilər. (AzVision.az)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024