Mobil versiya
Azərbaycandakı rektorsuz universitetlər...
Tarix: 21-11-2018 | Saat: 13:27
Bölmə:Siyasət | çapa göndər

Azərbaycandakı rektorsuz universitetlər...


Noyabr ayının 15-də Prezident İlham Əliyev akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, 19 ildir, BDU-nun rektoru olan Abel Məhərrəmovun rəhbərliyinə xitam verildi. Bundan sonra rektorun səlahiyyətləri universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən professor İradə Əliyevaya tapşırıldı.

Böyük səs-küyə səbəb olan hadisədən sonra BDU ilə bərabər Azərbaycanda rektoru olmayan, rektorəvəzi rəhbərliyin idarə etdiyi digər ali məktəblərin taleyi də müzakirə obyektinə çevrildi.

Bu siyahıda ön sıranı ölkəmizin ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti tutur. BDU-da hazırda rektorun səlahiyyətlərini müvəqqəti olaraq, prorektor İradə Əliyeva yerinə yetirir.

Digər böyük ali məktəblərdən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) də hazırda rektorəvəzi rəhbərliklə fəaliyyət göstərir. Belə ki, professor Havar Məmmədovun 2016-cı ildə AzTU-nun rektoru vəzifəsindən azad edilməsindən sonra universitetin rektor kürsüsü boş qalıb.
2016-cı ilin sentyabrında təhsil nazirinin əmrinə əsasən, AzTU Elmi Şurasının sədr müavini, Təhsil və elm komissiyasının sədri Xalıq Yahudov rektor səlahiyyətlərinin icrasına başlayıb. Artıq iki ildir, AzTU-nun rəsmi rektoru yoxdur.

Lənkəran Dövlət Universiteti də hazırda rektorsuzdur. Prezident İlham Əliyev 2016-cı ildə Asəf İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin ildən professor Natiq İbrahimov universitetdə rektor vəzifəsini rektorəvəzi olaraq icra edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024