İzmirdə TÜRKPA-nın Şura iclası və yubiley konfransı keçirilib
Tarix: 21-11-2018 | Saat: 13:18
Bölmə:Siyasət | çapa göndər
Xəbər verildiyi kimi, Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib.
İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.
İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına TÜRKPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Coğrafi-siyasi cəhətdən çox önəmli bölgələri əhatə edən Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Üzv ölkələrin parlamentləri bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edərək bir sıra uğurlara imza atıblar. Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilata ən yüksək səviyyədə dəstək verir. TÜRKPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonra baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib.
Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib.
* * *
Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar "TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda üç paneldən ibarət konfrans keçirilib.
Konfransda rəsmi şəxslər, deputatlar, tanınmış elm və mədəniyyət xadimləri, türkoloq alimlər, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Əvvəlcə TÜRKPA-nın yaranması və inkişaf yolunu əks etdirən film nümayiş olunub. Filmdə TÜRKPA-nın Bakı şəhərində yerləşən Mərkəzi Qərargahının təməlinin qoyulması, binanın açılışı, o cümlədən qurumun ölkəmizdə keçirdiyi tədbirlərdən, paytaxtımızın tarixi və müasir mənzərəli yerlərindən kadrlar əks olunub.
Konfransın açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverinin çıxışları dinlənilib.
Çıxışında türkdilli ölkələrin ortaq parlament məclisinin yaranmasının tarixi zərurətdən irəli gəldiyini söyləyən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əsrlərboyu türk dünyasının mütəfəkkir insanlarını düşündürən türk birliyi ideyasının həyata keçməsi üçün real şərait yalnız XX əsrin sonlarında formalaşıb. Sovetlər Birliyinin dağılması, dünyanın siyasi xəritəsinə Türkiyə Cümhuriyyəti ilə yanaşı, beş yeni türkdilli dövlətin əlavə olunması xalqlarımızın tarixi taleyinin öz məcrasına qayıtmasına təkan verib. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin keçirilməyə başlanılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının, eləcə də TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının və digər təşkilatların qurulması göstərdi ki, dost və qardaş xalqlarımız inteqrasiya üçün yaranan yeni imkanları lazımınca dəyərləndirə biliblər.
Türkdilli xalqları bir-birinə bağlayan dəyərləri böyük mənəvi sərvət kimi qiymətləndirən parlamentin sədri məmnunluqla qeyd edib ki, müstəqil dövlətlərimiz bütün sahələrdə uğurla əməkdaşlıq edir və bir-birinə dəstək olurlar. Şübhə yoxdur ki, möhkəm təməl üzərində qurulan iş birliyimiz ölkələrimizin yerləşdiyi bölgələrin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq.
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu diqqətə çatdıran Milli Məclisin sədri əminliyini ifadə edib ki, dünyadakı bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgədə möhkəm sülhün bərpa edilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verər.
İzmir bölgəsinin strateji imkanlara malik olduğunu söyləyən TBMM-in sədri Binəli Yıldırım diqqətə çatdırıb ki, bölgənin dəmir yolu şəbəkəsinin Bakı-Tbilisi-Qars yoluna birləşdirilməsi və bununla da Qafqaz ilə Orta Asiya arasında daha etibarlı nəqliyyat bağlantısının qurulması hədəflənir. TÜRKPA-nın on illik fəaliyyətini yüksək dəyərləndirən Türkiyə parlamentinin sədri vurğulayıb ki, türkdilli xalqlar tarixin heç bir dövründə indiki qədər yaxın münasibətdə və geniş əməkdaşlıq imkanında olmayıblar. O, əminliklə qeyd edib ki, türkdilli dövlətlərin gələcək inkişafına TÜRKPA daha böyük töhfələr verəcək.
TÜRKPA-nın yaranmasını və əldə etdiyi uğurları tarixi missiya kimi dəyərləndirən Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin vurğulayıb ki, təşkilat ötən dövrdə üzərinə düşən vəzifələri uğurla həyata keçirib. Mədəni, humanitar, iqtisadi və digər sahələrdə üzv dövlətlər arasında əlaqələrin genişlənməsi və əməkdaşlığın yüksəlişi naminə köklü layihələr həyata keçirilib. Əməkdaşlıq, əlaqələrin genişlənməsi, sülhə və inkişafa töhfə vermək bütün tərəflərin maraqlarını təmin edir.
Ölkəsinin təşkilata sədrliyi dövründə TÜRKPA-nın qazandığı nailiyyətləri ortaq sərvət kimi dəyərləndirən Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov diqqətə çatdırıb ki, müasir dövrdə dünyada baş verən proseslər göstərir ki, xalqlarımızın və ölkələrimizin inkişafı və təhlükəsizliyi əməkdaşlığın genişləndirilməsindən, əlaqələrin daha da sıxlaşdırılmasından keçir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis olunan TÜRKPA-nın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladan parlament sədri qurumun səmərəli fəaliyyəti üçün Bakıda yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ölkəsinin türkdilli dövlətlərlə əlaqələrə xüsusi diqqət verdiyini vurğulayıb. Tarixi proseslərə, türkdilli xalqların irsinə və digər mühüm məqamlara toxunan Assambleya sədri bildirib ki, Macarıstan TÜRKPA-ya üzv dövlətlərlə əməkdaşlığa, türkdilli xalqlarla münasibətlərin inkişafına böyük önəm verir.
Çıxışlarda TÜRKSOY, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası kimi təşkilatların fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, ölkələrimizin sürətli inkişafının təmin olunmasında qarşılıqlı faydalı əməkdaşlıq böyük gücə malik olduğu kimi, yüksək elm və təhsilin də mühüm əhəmiyyəti var. Odur ki, bir sıra sahələrdə, həmçinin elm və təhsildə standartların müəyyən olunması böyük əhəmiyyət daşıyır.
Sonra konfrans panellər üzrə davam etdirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu