Əliyevlə Lukaşenkodan dünyaya Qarabağ mesajı
Tarix: 21-11-2018 | Saat: 09:32
Bölmə:Manşet / Siyasət | çapa göndər
Belarus Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər zaman yüksək mövqe sərgiləyib. Bu, Azərbaycan Prezidentinin Belarusla münasibətlərə verdiyi önəmdən və bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan qaynaqlanır.
aia.az xəbər verir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Belarusa səfərinin yekun nəticəsini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin görüşünün yekununda imzalanan memorandumun ən mühüm bəndlərindən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır:
"Başqa bir faktor isə məqbul sənəddə yer alan amillərin bu günə qədər beynəlxalq hüququn prinsiplərindən manipulyativ şəkildə istifadə edən bəzi dövlətlərə açıq şəkildə bir mesaj olmasıdır. Azərbaycan və Belarus prezidentlərinin görüşünün yekununda imzalanan memorandumun 6-cı bəndində açıq şəkildə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Bu da beynəlxalq hüququn təməl prinsipləridir və təkcə Helsinki Yekun Aktından deyil, bütövlükdə bu günə qədər beynəlxalq müstəvidə qəbul olunan bütün amillərdən, ilk növbədə BMT nizamnaməsinin prinsiplərindən qaynaqlanır”.
Analitik hesab edir ki, sözügedən bənddə BMT ilə bağlı amillərin yer alması BMT Təhlükəsizlik Şurasının Azərbaycanın torpaqlarının qeyri-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin vacibliyini gündəmə gətirir:
"Minskin Azərbaycanla bağlı sərgilədiyi mövqe birbaşa beynəlxalq hüququn prinsiplərinə söykənir. Bu, həm də Belarusun Azərbaycanla münasibətlərə verdiyi yüksək önəmin göstəricisidir. Heç kimə sirr deyil ki, Belarus işğalçı Ermənistanın da yer aldığı hərbi-siyasi blokun üzvüdür. Ancaq bütün bunlara baxmayaraq, Belarus ədalətli davranmağa üstünlük verir. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsinin həllinə deyil, dünyadakı bütün münaqişələrin həllinə öz töhfəsini verə biləcək bir yanaşmadır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Belarusa rəsmi səfərinin yekununda iki dövlət arasında mühüm memorandum imzalanıb. Memorandumun 6 bəndində tərəflərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumqəbuledilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyi qeyd edilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu