Mobil versiya
Tahir Kərimli parlament işçilərinə mənzil verilməsini təklif etdi
Tarix: 15-11-2018 | Saat: 12:33
Bölmə:Gündəm | çapa göndər

Tahir Kərimli parlament işçilərinə mənzil verilməsini təklif etdi


Milli Məclisin bu gün keçirilən iclasında parlament işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib.



Modern.az-ın məlumatına görə, bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.



“Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxunun mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”.

T.Kərimli qeyd edib ki, Milli Məclisin fəaliyyətinin, işıqlandırılması üçün parlament televiziyası yaradılmalıdır.



Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır.



“Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024