Mobil versiya
Lənkəran səhiyyəsi sürətlə inkişaf edir
Tarix: 14-11-2018, 10:48 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Lənkəran səhiyyəsi sürətlə inkişaf edir



Baş həkim Ağabala Kəlbiyev: “Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir”

Hazırda respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb. Diqqətəlayiq haldır ki, hazırda səhiyyənin sürətli inkişafını təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də müşahidə edə bilirik. Bu gün özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Lənkərandır.

Səhiyyə müəssislərinin effektivlik dərəcəsi yüksəkdir





Bu gün Lənkəranda Uşaq Poliklinikası, təsərrüfat hesablı Stomatoloji Poliklinika, Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Stansiyası, Taun Əleyhinə Stansiya, MRX, 4 rayonlararası xəstəxana, 1 şəhər xəstəxanası, 3 kənd sahə xəstəxanası, 7 qəsəbə və 24 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi tibb göstərir. Rayonlararası Narkoloji Xəsətəxana üçün yeni bina 2014-cü ildə, Rayonlararası Psixiatriya Xəstəxanası üçün yeni bina 2017-ci ildə istifadəyə verilmişdir. Rayon üzrə ümumi ölümün sayı azalmış, poliklinikalara ambulator müraciətlərin sayı çoxalmışdır. Lənkəran rayonu üzrə uşaq ölümü 2016-ci ildə 9,3 promil, 2017-ci ildə 9,1 promil olmuşdur ki, bu da respublika göstəricisindən aşağıdır. Rayonda yüksək letallıq və əlillik verən difteriya və polimielit kimi xəstəliklərin kökü kəsilmişdir.

Bir əsrlik tarixi olan səhiyyə ocağı





Lənkəran rayon Mərkəzi Xəstəxanası (MRX) 1920-ci ildə yaradılmışdır. O dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 40-50 çarpayılıq iki mərtəbəli binada yerləşmişdir. Orada vərəm və digər yoluxucu xəstəliklərə aid palatalar da olmuşdur. 1920-1939-cu illərdə Lənkəran quberrniya xəstəxanası adlandırılmış müalicə müəssisəsi 1930-1940-cı illərdə rayonlararası xəstəxanaya çevrilmişdir. Çarpayıların sayı 100-ə çatdırılmış dəri-zöhrəvi, göz, qulaq-boğaz-burun və stomatoloji kabinetlər açılmışdır. 1946-cı ildə xəstəxanada çarpayıların sayı 150-yə, 1966-cı ildə isə 200-ə çatdırılmış və yeni tibbi xidmət növləri yaradılmışdır. 1984-cü ildə MRX 620 çarpayılıq yeni tipli layihəyə əsasən tikilmiş binaya köçürülmüşdür. Lənkəran MRX-sı 2013-cü ildə Səhiyyə Nazirliyi tərəfindən əsaslı şəkildə təmir olunmuşdur. Hazırda Mərkəzi Rayon Xəstəxanasının nəzdində ümümi cərrahiyyə, travmatologiya, LOR, terapiya, nevrologiya, psixosomatik, pediatriya, anestezologiya-reanimasiya, yoluxucu xəstəliklər, fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin Poliklinika şöbəsi, Ginekologiya şöbəsi, Doğum şöbəsi, Perinatal Mərkəz, Transfuzioloji kabinet, laboratoriya və aptek fəaliyyət göstərir.

Lənkəranlıların sağlamlığı peşəkarların əllərindədir



2000-ci ildən başlayaraq rayonda ana südü ilə qidalanmaq proqramı geniş şəkildə tətbiq edilməyə başlanmış və 2002-ci ildə bu proqramın səmərəli tətbiqinə görə Lənkəran MRX-nin doğum şöbəsinə “Körpə dostu xəstəxanası” sertifikatı verilmişdir.



Lənkəran MRX-də 301 həkim və 896 nəfər orta tibb işçisi fəaliyyət göstərir. Həkimlərdən 5 nəfəri tibb eilmləri namizədidirlər. Hər ay 4000-dən çox şəkərli və 11000- dən çox digər imtiyazlı qrupdan olan vərəmli, şiş xəstəsi, ruhi xəstələr Lənkəran MRX-ı tərəfindən imtiyazlı əsaslarla dərmanla təmin edilir. Lənkəran Ağciyər Xəstəlikləri Xəstəxanasında 1451 nəfər xəstə qeydiyyatda durur. 2003-cü idə Ağciyər Xəstəlikləri Xəstəxanası yeni binaya köçürülüb. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Dövlət Neft Şirkətinin vəsaiti hesabına Lənkəran şəhərində müasir tipli Regional Dioqnostika və Müalicə Mərkəzi və Əlillərin Reablitasiya Mərkəzi tikilib istifadəyə verilmişdir. Lənkəranda iki özəl tibb müəssisəsi “Medikan hospital” diaqnostika və Özəl Nevroloji Mərkəz fəaliyyət göstərir. Regional Müalicə Diaqnostika Mərkəzi Avropa standartlarına uyğun tiklilmiş və Almaniyanın Dünyada tanınan "Simens" şirkətinin ən müasir avadanlıqları ilə təmin olunmuşdur. Mərkəzdə 300 nəfərə yaxın personal fəaliyyət göstərir. Mərkəzdə Regionun Böyrək çatmamazlığı olan xəstələri dializ olunur, eyni zamanda Böyrək köçürmə, ürək qusurları və digər mürəkkəb əməliyyatlar icra olunur.




Qeyd etmək lazımdır ki, bu gün Lənkəran rayon səhiyyəsində müşahidə olunan inkişaf və əldə edilmiş nailiyyətlərdə bilavasitə Lənkəran Rayon Mərkəzi Xəstəxananın baş həkimi Ağabala Kəlbiyevin danılmaz xidmətləri vardır. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, məhz Ağabala həkimin ciddi səyləri nəticəsində hazırda rayon üzrə səhiyyə sahəsində bir çox neqativ göstəricilərdə kəskin azalma müşahidə olunur. Ağabala Kəlbiyev özü isə, tamamilə haqlı olaraq əldə olunan bütün uğur və nailiyyətlərin səhiyyənin inkişafına göstərilən dövlət qayğısının nəticələri olduğunu qeyd edir. Belə ki, öz çıxışlarından birində Lənkəran MRX-nın baş həkimi demişdir:

“60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi dövrdən səhiyyə və mədəniyyətdə ciddi inkişaf dövrü başladı. Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı...



Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir”.

aia.az
Ayxan Həsənov
Əsmər Hüseynova



5759 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-11-2019
15-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930