Mobil versiya
Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
Tarix: 13-11-2018 | Saat: 17:59
Bölmə:Gündəm | çapa göndər

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır


“Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır”.



Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.



Deputat bildirib ki, ölkə prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb.



“Lakin açığını demək lazımdır ki, Akdemiyanın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil.



Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

Deputat deyib ki, AMEA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir.



“Bu şəxsiyyətlər AMEA-dakı unikal mühitin yetirmələridir. Fikrimizcə, bu, AMEA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir.



Bir mühüm məqama da toxunmaq istərdim: Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir. Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada“praktik fayda” meyarı ilə yanaşmaq olmaz.



Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir. Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsait millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir.



Bu gün Azərbaycan elmi, konkret olaraq, ictimai və humanitar elmlər müasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın müasir inkişafının məntiqinə uyğunlaşdırılmalıdır”



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024