Mobil versiya
Narkoloji Mərkəzdə müalicə olunmuş şəxs: “Onlar yanğın zamanı “bizi buraxma” deyirdilər”
Tarix: 09-11-2018 | Saat: 14:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

Narkoloji Mərkəzdə müalicə olunmuş şəxs: “Onlar yanğın zamanı “bizi buraxma” deyirdilər”


Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoruTelman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxsMahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilənMəhəmməd Məmmədov və onun həkimi, şöbə müdiriAfət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Adalet.az-ın "Report"a istinadən məlumatına görə, hakimAzər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismindəRasim Hüseynovifadə verib.

O bildirib ki, əvvəllər spirtli içki aludəçisi olduğu üçün Mərkəzdə müalicə alıb.

R.Hüseynov hadisə haqqında danışan zaman söyləyib ki, yanğın gecə saatlarında başlayıb: "Həmin vaxt dəhşətli mənzərə idi. Onlar ağlayan zaman deyirdilər ki, "Rasim, "bizi buraxma". Biz də bu tərəfdə ağlayırdıq. Həmin vaxt çox çalışdım ki, dəmir barmaqlığı qırım, lakin gücüm çatmadı".

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən M.Məmmədovu hələ birinci müalicə dövründən tanıyır: "Orada müalicə alan şəxslərin hamısı bilirdi ki, mən səhər saat 5-dən sonra yata bilmirdim. Yanğın baş verən gün də eyni vaxtda oyanıb palatadan dəhlizə çıxmışdım. Həmin vaxt 3-4 nəfər başqa adam da oyaq idi. Söhbət edirdik, bir də gördük dəhlizin o başından tüstü gəlir. Tez qaçdıq, sonra Nail girib palatadakı iki nəfəri sürüyüb çıxarmağa çalışdı. Mühafizəçi Amid də su dalınca getdi. Biz də qaçdıq bir-bir palataların qapılarını döyüb adamları oyatmağa. Onlar dərmanların təsirindən dərin yuxuya getmişdilər deyə ayıla bilmirdilər. Sanitar xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın".

R.Hüseynov ifadəsində vurğulayıb ki, palata yoldaşı da yanğında dünyasını dəyişib: "Elnur Qazaxdan idi, o, saz çalırdı. Həmin vaxt onu oyatdım, lakin çölə çıxanda Elnuru görmədim. Ona görə də geri qayıtdım. Tüstü çox olduğu üçün özüm də boğulurdum. Elə mən çıxandan iki dəqiqə sonra iynə-dərman olan otaq partladı. Yanğınsöndürənlər də suyu lap ortadan vurdular deyə dam çökdü”.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnənyanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiriAzad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə