Mobil versiya
Sürücülük vəsiqəsinə görə yeni rüsum qüvvəyə mindi – Qiymət qalxdı
Tarix: 06-11-2018 | Saat: 11:41
Bölmə:Gündəm | çapa göndər

Sürücülük vəsiqəsinə görə yeni rüsum qüvvəyə mindi – Qiymət qalxdı


Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.

BakuPost-un məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı "Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024