Mobil versiya
Hadı Rəcəbli: Gələnilki büdcədə sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb
Tarix: 06-11-2018 | Saat: 10:26
Bölmə:Siyasət | çapa göndər

Hadı Rəcəbli: Gələnilki büdcədə sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb



Gələnilki büdcədə sosial məqsədlər üçün 8 milyard manatdan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.


Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlər artırılıb: “Gələn il də sosial sahəyə ayrılan vəsait artır. Gələnilki büdcədə ən vacib məsələlərdən biri şəffaflığın təmin edilməsidir. Gələn il gözlənilən yeniliklərdən biri sosial müdafiə sahəyəsində yeni institutun formalaşmasıdır. Ciddi məsələ odur ki, sosial sığorta sahəsində yeniliklər gözləyirik, vergi islahatları artıq müəyyənləşib. Bunlar özü əhalinin məşğulluğunun təmin edilməsinə, qeyri-leqal məşğulluğun leqallaşmasına xidmət edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024