Mobil versiya
Polis itkin düşdüyü iddia olunan jurnalistlə bağlı məlumat yaydı
Tarix: 30-10-2018 | Saat: 12:25
Bölmə:Gündəm | çapa göndər

Polis itkin düşdüyü iddia olunan jurnalistlə bağlı məlumat yaydı


İtkin düşdüyü iddia olunan "Kanal 13.tv" internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb.

Modern.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi bununla bağlı məlumat yayıb.


Bildirilib ki, oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub. N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq, ünvana çatmayıb.


Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib. Onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.



Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylənilən fikirlər həqiqəti əks etdirmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024