Mobil versiya
“Rusiya Qarabağda düşmənçiliyi qızışdırır“
Tarix: 03-07-2015 | Saat: 07:53
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

“Rusiya Qarabağda düşmənçiliyi qızışdırır“


Rusiya Azərbaycan və Ermənistan arasında düşmənçiliyi gücləndirir

Ötən gün Ermənistan parlamenti ölkəyə güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişi ratifikasiya edib. 200 milyon dollara Ermənistan Rusiya istehsalı hərbi texnika və silah almalıdır. Lakin həmin məbləğə konkret olaraq nəyin alınacağı sirr saxlanılır.

Azvision.az bu barədə Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir.

“Fikirlər var ki, Rusiya bununla Ermənistan və Azərbaycanın hərbi-texniki imkanlarını bərabərləşdirir və ya yaxınlaşdırır. Bununla da, Bakının silahlanma yarışını davam etdirmək və Yerevan üzərində üstünlüyü ələ almaq üçün yeni milyardlar xərcləməkdən başqa çarəsi qalmır. Belə görünür ki, Ermənistana təqdim edilən 200 milyon dollar Azərbaycanın Rusiyaya 2-3 milyard dollarlıq sifariş verməsi ilə nəticələnəcək. Bu böyük dövlət vaxtaşırı iki ölkə arasında düşmənçiliyi gücləndirir”.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə