Mobil versiya
Millət vəkili: Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti var
Tarix: 29-10-2018 | Saat: 16:46
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti var


Bakı Beynəlxalq Humanitar Forumu həm Azərbaycan, həm də beynəlxalq aləm, inkişaf etmiş dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən tədbirdir. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

T.Rzayev qeyd edib ki, bu Forumla Azərbaycan dünyaya beynəlmiləl ölkə olduğunu sübut edib:

"Azərbaycan multikulturalizmi dəyərləndirən, ona qiymət verən və bunun inkişafına çalışan bir ölkə olduğunu sübut edib. Azərbaycan mədəniyyətlərin inkişaf etməsinə, insanların bir-birinə yaxınlaşmasına, onların dünyagörüşünün bir-birinə uyğunlaşmasına, dünyada sülhün, əmin-amanlığın, qardaşlığın, dostluğun bərqərar edilməsinə cəhd edən bir dövlətdir. Cənab Prezident də çıxışında bunu dəfələrlə xatırladıb ki, Azərbaycan dünya ölkələri ilə daimi təmasda olmaq, mədəniyyətlərarası dialoqun inkişaf etməsini, bilik və bacarıqların insanların rifahına yönəldilməsini istəyir".

Millət vəkili bildirib ki, bu fikirlər Forum çərçivəsində keçirilən plenar iclaslar və digər görüşlərdə də səsləndirildi, müzakirə edildi:

"Foruma dünyanın 86 dövlətindən nümayəndə heyətlərinin, tanınmış alimlərin, ziyalıların, siyayətçilərin qatılması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə təkan verir. Buna görə də Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün tarixi əhəmiyyəti var".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024