Mobil versiya
Azərbaycan xalqı tolerant xalqdır - Allahşükür Paşazadə
Tarix: 25-10-2018 | Saat: 17:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan xalqı tolerant xalqdır -  Allahşükür Paşazadə


"Azərbaycanda dövlət və xalq tərəfindən multikultural dəyərlərə çox böyük önəm verilir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycan xalqı humanist olmaqla yanaşı, həmişə başqa dinlərə və digər dövlətlərdə yaşayan insanlara qarşı loyal münasibət bəsləyib: "Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil, din azadlığını qoruya bilir. Bununla da dünyaya göstəririk ki, Azərbaycan xalqı tolerant xalqdır".

A.Paşazadə qeyd edib ki, Azərbaycan dinlərarası əlaqələrin mərkəzinə çevrilib: "Azərbaycan yaralı dövlətdir. 20 faiz torpağımız işğal olunub, məscidlərimiz qəsb edilib, ibadətgahlarımız, qəbrlərimiz xarabalığa çevrilib. Buna baxmayaraq Azərbaycan xalqı yenə də humanist xalqdır. Bunu da bütün dünyaya göstəririk. Xalqımız öz qələbəsinə inanır. İnanıram ki, biz qələbə qazanacağıq, torpaqlarımız işğaldan azad ediləcək.

Bu gün biz əzab çəkən bir xalq kimi, eləcə də bütün din xadimləri dünyaya car çəkirik ki, torpaqlarımız zəbt olunmasın, münaqişələr həll edilsin, humanist olaq, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan belə humanitar forumlar bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, yüksəkliyimizi göstərir"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024