Mobil versiya
“Şəhid ailələrinin sənədləri araşdırılır” - NAZİR
Tarix: 25-10-2018 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Şəhid ailələrinin sənədləri araşdırılır” - NAZİR


"Şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər bizə gəlməkdə davam edir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, daxil olan sənədlərin hamısı araşdırılır: "Bundan sonra ödənişlərin verilməsinə başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətlər bizim tərəfimizdən birbaşa həmin şəxslərin hesabına köçürüləcək, vətəndaşın şəxsi təması olmayacaq".

Qeyd edək ki, oktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı prosedur başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024