Mobil versiya
Heydər Əsədov: “Mən heç yerdə dərs demirəm, Səlim müəllim deyir” - Eks-nazir DANIŞDI
Tarix: 25-10-2018 | Saat: 11:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

Heydər Əsədov: “Mən heç yerdə dərs demirəm, Səlim müəllim deyir” - Eks-nazir DANIŞDI



Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.

Bunu Modern.az-a açıqlamasında eks-nazir özü bildirib.

H.Əsədov yaxın müddət üçün hər hansı planının olmadığını da deyib.

Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.


H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il aprelin 21-də və 23-də imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamla kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024