Mobil versiya
Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
Tarix: 23-10-2018 | Saat: 16:35
Bölmə:Gündəm | çapa göndər

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ


Parklanma qaydalarının pozulmasına görə, artıq cərimələrin yazılmasına başlanılıb.

Bunu Modern.az-ın sorğusun cavab olaraq, Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, proses bundan sonra davamlı olaraq aparılacaq:

M.Ağayev deyib ki, hələlik cərimə məbləği dəyişməz qalır:


“Cərimə məbləği İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsilə müəyyən olunur”.



Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə, dayanma və ya durma qaydalarının pozulmasına görə:


346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilir.


346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilir.


346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 100 manat məbləğində cərimə edilir.


Xatırladaq ki, ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024