Mobil versiya
Kürdəmir – bütün sahələrdə dinamik inkişaf müşahidə olunur
Tarix: 19-10-2018 | Saat: 16:07
Bölmə:Manşet / Ölkə / Seçilənlər-4 | çapa göndər

Kürdəmir – bütün sahələrdə dinamik inkişaf müşahidə olunur




Ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursu uğurla həyata keçirilməkdədir


Bu gün Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir

O cümlədən, Kürdəmir rayonu da son illər daha dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrdən birinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, bu gün məhz Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərovun səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Qısa arayış:


Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür.

2018-ci ilin ötən doqquz ayında da Kürdəmir rayonunda yüksək göstəricilər əldə olunub. Bütün iqtisadi potensial səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib.

Ümumi məhsul buraxılışında önəmli artım müşahidə olunur



Kürdəmir rayonunda 2018-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,5 faiz artaraq 295 350 800 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 71,9 faizi istehsal sahələrində, o cümlədən 16,4 faizi sənayedə, 50,9 faizi kənd təsərrüfatında, 4,6 faizi tikintidə olduğu halda, 28,1 faizi xidmət sahələrində, o cümlədən 1,1 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 26,8 faizi isə ticarətdə olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 9 ayında 701 nəfər işlə təmin olunmuşdur ki, bundan 665 nəfəri daimi işlə təmin olunanlardır.

Sahibkarlığın inkişafı işsizliyin aradan qaldırılmasında əsas faktordur




Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2018-ci ilin 9 ayında Kürdəmir rayonunun 5 sahibkarına 334 min manat məbləğində kredit verilmiş və nəticədə 140 yeni iş yeri yaradılmışdır. Ölkə Prezidentinin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 9 ayında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda müvəqqəti xarakterli 325 nəfər işlə təmin olunmuşdur. Hər il olduğu kimi bu il də “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 34 müəssisədən 246 boş iş yeri təqdim olunmuş, 82 nəfər daimi işlə təmin edilmiş, 38 nəfər “Xalçaçı” peşə kursuna, 21 nəfər isə ictimai işlərə cəlb olunmuşdur. Ölkə Prezidentinin diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar 92 nəfər 5 qrupda özünüməşğulluq proqramına cəlb olunmuş və cari ilin sonuna qədər bu şəxslər öz biznes ideyaları əsasında bacardıqları fəaliyyət növü üzrə aktivlərlə təmin olunub kiçik sahibkar kimi fəaliyyətə başlayacaqlar.

Aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir




Hesabat dövründə Regionların Sosial-İqtisadi Dövlət Proqramına uyğun olaraq Kürdəmir rayonunda aqrar sektorun inkişafına diqqət daha da artırılmışdır. Ötən 9 ay ərzində rayonda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, 45028 hektar sahənin taxılı biçilmiş, 136417 ton məhsul götürülmüşdür. Taxıl istehsalı əvvəlki ilə nisbətən 55717 ton artmış, hektardan məhsuldarlıq 30 sentnerə çatdırılmışdır ki, bu da ötən ildəkindən 10 sentner çoxdur. Taxıl istehsalının qarğıdalı dəni hesabına bir qədər də artırılması tədbirləri görülmüş, bu il 1250 hektarda dənlik qarğıdalı əkilmiş, indiyədək 2000 tondan çox dən götürülmüş və hazırda məhsul yığımı davam etdirilir. Taxılın toxumçuluğuna daha ciddi fikir verilmiş, toxum fonduna 5 min tondan çox dən ayrılmış, çeşidlənərək 4000 tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.Növbəti ilin məhsulu üçün bu il də 45 min hektardan çox taxıl əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək 38 min hektaradək taxıl əkiləcək sahənin şumu çıxarılmış, 5 min hektardan çox sahədə arpa, 1000 hektaradək sahədə buğda əkilmiş, hazırda əkin işləri davam etdirilir. Hesabat dövründə 10606 hektarda yonca, 910 hektarda kartof, 1374 hektarda tərəvəz, 3105 hektaradək sahədə bostan, 130 hektarda günəbaxan, 15 hektarda yerfındığı, 133 hektardan çox sahədə soya, 60 hektarda şəkər çuğunduru becərilmişdir. Sahələrdən 11349 ton kartof, 16300 ton tərəvəz, 53700 ton bostan, 235 tondan çox günəbaxan, 623 tonadək şəkər çuğunduru istehsal edilmişdir.

Pambıqçılıq və baramaçılıq xüsusi qayğı tələb edən sahələrdir




Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə Kürdəmir rayonunda da bütün imkanlar təhlil olunaraq, bu il 5030 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydalara uyğun aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Artıq ay yarımdır ki, pambıq yığımı aparılır. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, sahələrdən 4000 tondan çox pambıq toplanılmışdır. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6500 nəfərədək işçi qüvvəsi cəlb edilmişdir.

Həmçinin dövlət başçısı tərəfindən baramaçılıq sahəsinin də ixrac yönümlü məhsullardan olması, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında bu sahənin mühüm əhəmiyyət kəsb edə biləcəyi dəfələrlə vurğulanmışdır. Məhz bu tövsiyyələr nəzərə alınaraq, Kürdəmirdə baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 18 nümayəndəlikdə 199 kümçüyə 520 qutu barama qurdu verilmiş, rayon üzrə 20380 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur.

Müasir istixanalar tikilir




Bu il rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 28 hektaradək sahədə istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 210 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayona cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GeotermalAqro” MMC tərəfindən Mollakənd kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir.

Aqroparklar innovativ inkişafı təmin edir




Rayonda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmış, hazırda aqroparklarda infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində işlər davam etdirilir. Bu il aqroparklar tərəfindən 4000 hektaradək sahədə dənli bitkilər əkilmiş, 2040 hektar sahədə pambıq və digər yazlıq əkinləri aparılmışdır. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta məhsuldarlıq göstəricilərindən xeyli yüksəkdir. Rayonda Aqrolizinq ASC-nin regional nümayəndəliyinin rayon bölməsi fəaliyyət göstərir. Bölməyə 266 ədəd traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 18 müasir taxılyığan kombayn, 12 pambıqyığan maşın alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dən çox traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür.
Əminliklə demək olar ki, bu gün Kürdəmir rayonunun həm əhalisi, həm də rəhbərliyi artıq əldə olunmuş nailiyyətləri daha da yüksəltməkdə tam qərarlıdırlar. Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda etdiyi çıxışında bir daha vurğulamışdır ki, rayon rəhbərliyi və bütün kürdəmirlilər Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını hər zaman tam səfərbər edəcəklər.




aia.az
Murad Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024