Mobil versiya
Nemət Pənahlı həbsdə qaldı
Tarix: 18-10-2018 | Saat: 15:21
Bölmə:Hadisə | çapa göndər

Nemət Pənahlı həbsdə qaldı


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

aia.az Report-a istinadən xəbər verir ki, bu gün onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakimin qərarına əsasən, N.Pənahlının şikayəti təmin edilməyib.

Qeyd edək ki, keçən həftə Nəsimi Rayon Məhkəməsi qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5255 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2020