Mobil versiya
Bakıda yeznə-qayın pul üstündə qan saldılar
Tarix: 03-07-2015 | Saat: 07:40
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Bakıda yeznə-qayın pul üstündə qan saldılar
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakının Nəsimi rayonunda qoumlar arasında mübahisə qan tökülməsilə nəticələnib.

ANS PRESS-in məlumatına görə, hadisə Moskva prospekti 84 ünvanında qeydə alınıb.

Həmin ünvan yaşayan 30 yaşlı Fariz Səlimov bıçaq yarası ilə xəstəxanaya aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndiriblər və onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Araşdırmalar zamanı onun yeznəsi, həmyaşıdı Əziz Hüseynov tərəfindən bıçaqlandığı məlum olub. Hadisəni törədən yeznə isə qaça bilib.

Hazırda polislər onun tapılması istiqamətində çalışırlar.

İlkin məlumata görə, yeznə-qayın pul üstündə mübahisə ediblərmiş. Yaralının vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Hadisəni törədən şəxs isə qaçdığı üçün olayın dəqiq səbəbləri bilinmir.

Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə