Mobil versiya
Mikayıl Cabbarov bu məsuliyyətin öhdəsindən gələ biləcəkmi? - “Həmin islahatlar həyata keçərsə...”
Tarix: 11-10-2018 | Saat: 11:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mikayıl Cabbarov bu məsuliyyətin öhdəsindən gələ biləcəkmi? - “Həmin islahatlar həyata keçərsə...”


Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bir sıra dəyişikliklərin anonsunu verdi.
Prezident İlham Əliyev isə nazirin verdiyi təklifləri dəstəkləyərək, öz tapşırıqlarını diqqətə çatdırdı.

Bundan sonra isə oktyabrın 10-da ölkə başçısı Mikayıl Cabbarova xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzaladı.



Bu məqamda vergilər nazirinin üzərinə böyük məsuliyyət düşür. Bəs, Mikayıl Cababrov bu məsuliyyətin öhdəsindən gələ biləcəkmi?



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, Mikayıl Cabbarov təyin olunduğu qısa müddət ərzində müəyyən qədər şəffaflığa nail olub:



“Mikayıl müəllim işlədiyi müddət ərzində özünə inam yaradıb. Ən əsası, Vergilər Nazirliyində islahatlar paketi hazırlanır. Bu islahatların əsas məqamları da ölkə başçısının sədrliyilə keçirilən sonuncu müşavirədə səsləndirildi. Əsas “kölgə iqtisadiyyatı” ilə bağlı məsələ ön plana çəkildi və Prezident də buna diqqət yetirdi. Bildiyiniz kimi, “kölgə iqtisadiyyatı” bütün dünyada mövcuddur, amma biz onu minimuma endirməyi bacarmalıyıq. Ona görə də verginin uçotdan gizlədilməsi, vergi ödənişlərinin gecikdirilməsi, qeyri-leqal iş yerlərinin olması və s. kimi hallar mövcuddur. Bunları aradan qaldırmaq üçün vergi sistemində şəfafflığı təmin etmək lazımdır. Elə etmək lazımdır ki, sahibakarlar vergi haqlarını könüllü ödəsinlər, daha ikiqat uçot sistemi aparmasınlar. Belə bir islahat forması hazırlanır. Doğrudur, hələ parlamentə daxil olmayıb. Amma məndə olan məlumata görə, bunun üzərində çox böyük işlər gedir. Əgər həmin islahatlar həyata keçərsə, çox böyük dəyişikliklər olacaq. İnsanlar da Azərbaycanda sahibkarlığın inkişafı üçün vergi sistemindəki islahatları gözləyir”.


Deputat eyni zamanda bildirib ki, hazırlanan dəyişikliklər sırasında əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması məsələsi xüsusi yer tutur:


“Bu da müəyyən islahatlar tələb edir. Mən belə hesab edirəm ki, Mikayıl Cabbarov bu məsələlərlə məşğuldur və yaxın müddətdə Milli Məclisə hansısa sənəd təqdim edəcəklər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024