Mobil versiya
İlyas İsmayılov oğlunun faciəsindən sui-istifadə edənlərə SƏSLƏNDİ: “Allah başlarına gətirsin!”
Tarix: 09-10-2018 | Saat: 13:50
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlyas İsmayılov oğlunun faciəsindən sui-istifadə edənlərə SƏSLƏNDİ: “Allah başlarına gətirsin!”


Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsindən 20 günə yaxın vaxt keçir.


Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayaraq, istintaq işinin gedişi ilə maraqlanıb.


O, saytımıza açıqlamasında deyib ki, YouTube sosial şəbəkəsini məhkəməyə verməyi düşünürlər.


“Vəkillə danışdım. YouTube kanalında həqiqəti əks etdirməyən yazılar gedir. Hamısı yalandır. Yəqin ki, YouTube kanalını məhkəməyə verəcəklər. Bilirsiz, işin içində deyiləm. İş Türkiyədə gedir. Məsələnin məzmunundan da xəbərim yoxdu. Etimadın qatilə heç bir borcu olmayıb. Onun Etimada borcu olub. Əksinə, Etimad həmişə ondan borcunun qaytarılmasını tələb edib. Belə bir atalar sözü var: “Borclu borclunun sağlığını istəyər”. Yaxşı, o zaman borclunu niyə öldürürlər ki?!”.


İlyas İsmayılov bəzi insanların Etimad İsmayılovun faciəsindən istifadə etməsini qınayıb:

“Təəssüf ki, murdar insanlar yalan informasiyalar yayırlar. Bəzi insanlar o dərəcədə xəbisdirlər ki, bu faciədən də öz məqsədləri üçün istifadə edirlər. Allah onların başına gətirsin!”.


Hazırda faktla bağlı istintaq davam etdirilir.


İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024