Mobil versiya
Dünyanın ən zəngin azərbaycanlısının oğlu atası ilə yollarını ayırdı
Tarix: 03-10-2018 | Saat: 12:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dünyanın ən zəngin azərbaycanlısının oğlu atası ilə yollarını ayırdı


Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov oğlu Yusifin neft sektorunu tərk etdiyi açıqlayıb.



Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, oğlunun “Lukoyl”dan çıxaraq biznes və nəqliyyat sferasında özünü doğrultmağa çalışdığını deyib.



“O özünü yoxlamaq istəyir. Özünü doğrultmalıdır. İstənilən halda insan özünü yoxlamalıdır, atasının kölgəsində qalmaq yaxşı hiss deyil”.



Xatırladaq ki, Yusif Ələkbərov 2017-ci ildə sahibi olduğu “EKTO” şirkəti vasitəsilə neft məhsullarını dəmir yolu ilə daşıyan “Vestern Petrolium Transporteyşn” şirkətini və avtomobil ticarəti ilə məşğul olan “Lukavto” şirkətlərini satın almışdı.

Yisif Əlkəbərov 1990-cı ildə anadan olub. O, Qubkin adına Neft və Qaz Universitetini bitirib. Yusif Ələkbərov “LUKOYL” şirkətinin 0,13% səhmlərinə sahibdir.



Xatırladaq ki, Vahid Ələkbərov 19,5 milyard dollar sərvətlə Rusiyanın ən zəngin 5 iş adamından biridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024