Mobil versiya
Milli Məclisin iclası başladı
Tarix: 01-10-2018 | Saat: 11:37
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin iclası başladı


Milli Məclisin payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir. İlk iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Qeyd edək ki, plenar iclasın gündəliyinə 62 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə