Mobil versiya
Etibar Əliyev Sərdar Cəlaloğlunu gopçu adlandırdı: “Nə yaxşı ki, ona “Nobel” vermədilər”
Tarix: 01-10-2018 | Saat: 09:34
Bölmə:Siyasət | çapa göndər

Etibar Əliyev Sərdar Cəlaloğlunu gopçu adlandırdı: “Nə yaxşı ki, ona “Nobel” vermədilər”



Tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu gopçuluqda suçlayıb. Modern.az-ın məlumatına görə, Etibar Əliyev bununla bağlı özünün “Feysbuk” hesabında belə yazıb:


“Akademik Azad Mirzəcanzadəni 90 yaşının tamam olması münasibətilə onu xeyli dəyərli insanlar yada saldı. Böyük alimin haqqında maraqlı məqalələr və xatirələr yazdılar. Bir qrup adam da fikirləşdi ki, məqamdı, mən də həmişəki kimi xalqımızın sadəlöhvlüyünə güvənərək gopa basım. Bunlardan biri də Nisbilik nəzəriyyəsində Eynşteyni "neprav" çıxarmış Sərdar Cəlaloğludur. O, yazır: "Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən sual verməyə başladı: Məsələn, soruşdu ki, sən siyahıda Xavbard yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var"”.
Bu adam yalançı xatirəsi ilə Azad Mirzəcanzadəni kiçiltməyə çalışır. Yazır ki, “Azad müəllim mənə dedi ki, “gəl sənə elmlər doktoru alimlik dərəcəsi verim””. Digər tərəfdən, mən qətiyyən inanmıram ki, Azad müəllim Xavbard adlı kitab müəllifinin adını çəksin və Sərdar Cəlaloğlunun adı düz olmayan müəllifin adı düz olmayan əsərinin adını çəkməsini ona bağışlasın. Cəlaloğluna xatırladıram ki, Azad müəllimin adından təhrif etdiyi müəllifin adı Xabbard, onun kitabının adı isə "Dianetika" adlanır. "Dianetika" psevdoelmi təlimdir.
Allah üzümüzə baxdı: nə yaxşı ki, Sərdar bəyə psevdoelmə görə Nobel mükafatı vermədilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024