Mobil versiya
MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası oldu - FOTO
Tarix: 28-09-2018 | Saat: 16:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası oldu - FOTO


Bu gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda Prezident Emoməli Rəhmon Tacikistanın sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verib. O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib. Emoməli Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını elan edib.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirib. O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verib və Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırıb.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyeko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verib. Hər iki sənəd yekdilliklə qəbul olunub.

İclasda bəzi prosedur məsələlərə baxılıb.

Sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzalayıblar.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024