Mobil versiya
Gəncə hadisələrinə görə 11 nəfər axtarışa verilib
Tarix: 28-09-2018 | Saat: 11:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gəncə hadisələrinə görə 11 nəfər axtarışa verilib


Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.
Bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib. Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib".

Z.Qaralov əlavə edib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq: "Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncədə törədilən terror aktı və kütləvi iğtişaşlarla bağlı birgə məlumat yayıb. Məlumatda deyilirdi ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır. (Trend)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024