Mobil versiya
Putin: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”
Tarix: 27-09-2018 | Saat: 15:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Putin: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”



Azərbaycanda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimçir Putin vacib açıqlamalar verib.

aia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ilk növbədə iqtisadi sahədə əməkdaşlığa diqqət çəkib.

"Azərbaycan və Rusiya ortaq infrastruktur layihələri həyata keçiririk. "Şimal-Cənub”, "İran-Azərbaycan-Rusiya” beynəlxalq nəqliyyat dəhlizinin inşası nəzərdə tutulur. Bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”.

Putin həmçinin, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılığın olduğunu deyib.

Ruisya prezidenti rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək aldığını da xatırladıb.

"Biz rus dilinə olan marağı yüksək qiymətləndiririk. Ölkədə 300-dən artıq məktəb rus dilində tədris verir. Ən əsas dəstək isə insanların ürəyində və beyinlərindədir”.

Putin Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətlərinin planlaşdırıldığını da əlavə edib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024