Mobil versiya
Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil islahatları yüksək səmərəliliklə tətbiq olunur
Tarix: 27-09-2018 | Saat: 14:03
Bölmə:Manşet / Təhsil | çapa göndər




Kollecin direktoru Elşad Quliyevin elmi-pedaqoji fəaliyyəti sadəcə rəhbərlik etdiyi təhsil müəssisəsinin deyil, eləcə də ümumilikdə rayonun təhsil sisteminin daha da təkmilləşdirilməsi işinə tövhələr verməkdədir

Məlum olduğu kimi, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Xüsusilə son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən, Azərbaycanda mövcud olan konkret təhsil müəssisələrinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün də müvafiq səlahiyyətli qurumlar tərəfindən müəyyən islahatlar tətbiq olunur.

Etiraf olunmalıdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilmizin inkişafına böyük təkan verir. Digər tərəfdən isə, kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapması xüsusilə diqqət yetirməli olduğumuz məqamlardan biri kimi çıxış edir. Məhz elə bu səbəbdən də, ölkəmizdə fəaliyyət göstərən kolleclərin işi, bu təhsil müəssisələrində gedən proseslər hər zaman ictimaiyyət tərəfindən xüsusi maraqla izlənir. Aydındır ki, kollec sistemində həyata keçirilən təhsil islahatlarının da effektivliyi, elə digər sahələrdə olduğu kimi, əsasən bu müəssisələrə rəhbərlik edən konkret simaların mövqeylərindən, onların bu islahatların reallaşmasında nə dərəcədə maraqlı olmalarından çox asılıdır.




Bu baxımdan, bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində müşahidə olunan proseslər də, kollec rəhbərliyi tərəfindən dövlətimizin təhsil siyasətinin tamamilə düzgün qiymətləndirildiyini söyləməyə əsas verir. Qeyd etmək lazımdır ki, 26 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Qazax Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmış bu kollecdə hazırda aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Peşə təlimi; Hüquq mühafizə fəaliyyəti; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Baytarlıq. İllik qəbul təxminən 250 nəfər olmaqla, kollecdə 750 nəfərdən artıq şagird ixtisas təhsili alır. Kollecin direktoru Elşad Quliyevdir. Əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Elşad Quliyevin fəaliyyəti Qazax rayonunun ictimaiyyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Onun elmi-pedaqoji fəallığı da sadəcə rəhbərlik etdiyi kollecin deyil, eləcə də ümumilikdə rayonun təhsil sisteminin daha da inkişafına yönəldilib. Elşad müəllimin rəhbərlik etdiyi təhsil ocağı isə, təhsil islahatlarının yüksək səmərəliliklə tətbiqi işində bir çox digər tədris müəssisələri üçün örnək ola bilər. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da yeni dərs ilinin başlanması ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim və tələbələr üçün yaradılan şəraitlə tanış olmaq məqsədilə bu təhsil müəssisəsində olub. Binanın hər 2 mərtəbəsini gəzərək vəziyyətlə yerində tanış olan rayon rəhbəri mövcud şəraitlə bağlı razılığını bildirib.




P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyəti və rəhbərliyi barədə əsassız, böhtan xarakterli, cəfəng iddialar dərc ounur. Müxtəlif intriqalar yaratmaq və qızışdırmaq məqsədilə hazırlanan belə materiallar isə, birmənalı olaraq həm konkret müəssisənin, həm də ümumilikdə təhsilimizin inkişafına qrşı yönəldilmiş cəhd kimi qiymətləndirilməlidir. Bu kimi yazıları dərc edən həmkarlarımıza demək istərdik ki, müəyyən insanların məqsədləri naminə qətiyyən onların əl alətlərinə çevrilməsinlər.


aia.az

Sənan Hüseynov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024