Mobil versiya
Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişin daşınması gələn ilə qaldı
Tarix: 27-09-2018 | Saat: 11:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişin daşınması gələn ilə qaldı


Növbəti ildən Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişin daşınmasına başlanılacaq. Moden.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov qeyd edib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi tək Azərbaycan tərəfilə bağlı deyil:

"Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların alınması nəzərdə tutulub. Bunun üçün İsveçrənin Sürix şəhərindən 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon gətiriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb. Vaqonların azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Bakıdan Qarsa 10 saata, oradan isə Ankaraya 20 saata çatacaq".

C.Qurbanov deyib ki, qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən müəyyən olunacaq və beynəlxalq tariflərə əsasən gedişhaqqı müəyyənləşəcək.

Sədr həmçinin bildirib ki, Azərbaycan-Rusiya arasında dəmiryolu daşımalarında 6,6 milyon yük daşınıb. O qeyd edib ki, ötən ilə nisbətən 20 faiz artım qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024