Elman Məmmədov: Ermənistanın indiki rəhbərliyi də sərsəm mövqe sərgiləsə, axırı yaxşı olmayacaq
Tarix: 25-09-2018 | Saat: 13:29
Bölmə:Siyasət | çapa göndər
Milli Məclisin 100 illiyinə həsr olunan iclasda Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyətli idi. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan Cümhuriyyəti və onun parlamentinin qurucuları haqqında dəyərli fikirlər səsləndirdi:
"Cənab Prezident çıxışında çox mühüm məsələlərə də toxundu. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də xüsusən Dağlıq Qarabağ probleminin həlli üzərində dayandı və çoxsaylı xarici qonaqların iştirakını nəzərə alaraq həm düşmən tərəfə, həm də beynəlxalq qurumlara çox ciddi mesajlar verdi. Dövlət başçısı düşmən tərəfi bir daha başa saldı ki, əgər Ermənistanın indiki rəhbərliyi də əvvəlkilər kimi sərsəm mövqe sərgiləsə, bunun axırı yaxşı olmayacaq. Onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ancaq biz beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik. Lakin gedişat onu göstərir ki, Ermənistan konstruktiv mövqedən çox uzaqdır. Yəni onlar problemin sülh yolu ilə həllindən çox uzaqdırlar. Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil".
E.Məmmədov vurğulayıb ki, dövlət başçısı beynəlxalq qurumların bu məsələ ilə bağlı tutduğu mövqeyi haqlı olaraq tənqid etdi:
"Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var və biz buna nail olacağıq. Bunun üçün həm güclü hüquqi baza yaradılıb, həm güclü iqtisadiyyatımız var, həm də güclü ordusu var".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu
15-11-2024