Mobil versiya
Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb
Tarix: 18-09-2018, 14:44 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb



Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı azalıb.

Trend-in məlumatın görə, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib.

2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib.

2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, ötən il onların sayi yenidən azalaraq 5-ə enib.

Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı da azalıb.

2017-ci ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 7 273, 2016-cı ildə 7 908, 2015-cı ildə 7 826, 2014-cü ildə 7 347 nəfər olub.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.



aia.az



5164 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930