Mobil versiya
Nazirlikdən sahibkarlara xəbərdarlıq: "Əgər vergini ödəməsəniz..."
Tarix: 15-12-2015 | Saat: 14:10
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Nazirlikdən sahibkarlara xəbərdarlıq: "Əgər vergini ödəməsəniz..."

"Çox təəssüf ki, bizim bəzi ticarət mərkəzlərində və içtimai iaşə obyektlərində malların alınması zamanı onun sənədləşdirilməsini sona qədər təmin edə bilmirlər. Sənədləşdirilmə düzgün aparılmadığı üçün 18%-lik ƏDV-yə cəlb edilmə zamanı suallar yaranır. Mağazada vurulan çeki əvəzləşdirməyə sənəd olmadığı üçün sahibkar düşünür ki, dövriyyədən 18% ƏDV ödəməlidir. Restoran gedib bazardan ət alanda çek vurulmadığı üçün ƏDV ümumi dövriyyədən çıxılır. Buna görə də sahibkarlar bizə müraciət edirdilər ki, bizə alternativ verin".

Aia.az-in məlumatına görə, bunu Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri söyləyib. Onun sözlərinə görə, ƏDV, əmlak vergisi, mənfəət vergisi sadələşdirilmiş vergidən qat-qat çoxdur. Sadələşdirilmiş vergi ödəməklə sahibkarın vergi yükü əhəmiyyətli dərəcədə aşağı düşür:

"Amma Vergilər Nazirliyi bəzi risklərin də qarşısın almalıdır. Vergi yükünü azaldırıqsa, orada qanunun tələbinə riayət edilməsinə əməl olunduğuna da əmin olmalıyıq. Biz vergi yükünü azaldırıq və bəyan edirik ki, əgər sahibkar çek vurmasa bu dəfə daha böyük cərimələr olacaq. Sahibkar düzgün uçot aparsa, çekini vursa ona heç bir cərimə edilməyəcək. Amma qanuna tabe olmayanlar şübhəsizki cərimələrlə üzləşəcək", - deyə nazirin birinci müavini söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə