Mobil versiya
Bakı ikinci “Cümhuriyyət paradı”na HAZIRLAŞIR
Tarix: 12-09-2018 | Saat: 14:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakı ikinci “Cümhuriyyət paradı”na HAZIRLAŞIR

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Bu münasibətlə Bakıdakı Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bir neçə gündür parada hazırlıq işləri də gedir.
Müdafiə Nazirliyi paradda nələrin olacağı haqda hələ ki rəsmi məlumat verməyib.

Cümhuriiyət tarixinin araşdırıcısı Nəsiman Yaqublu Modern.az-a açıqlamasında paradı alqışladığını vurğulayıb, amma daha detallı məlumata malik olmadığını deyib.

“Rəsmi şəkildə mənə dəvət gəlməyib. Təbii ki, özüm gedib iştirak edəcəm, yəqin ki, heç kimə qağada qoyulmaz. Bu çox əhəmiyyətli hadisədir. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir və burada Türkiyənin də dövlət başçısınının iştirakı gözlənilir”.



Tarixçi bildirib ki, bu tədbir ərəfəsində onların bir kitabı da çap olunub.



“Kitabın adı “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”dir. Kitabın təqdimatını çox ehtimal ki, paraddan sonra Türkiyənin Azərbaycandakı səfirliyində keçirəcəyik”.



N.Yaqublu deyib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı Bakıda keçiriləcək parad sayca ikincidir.


“Belə bir tədbir ilk dəfə 1918-ci il sentyabrın 15-də keçirilib. O vaxt hərbi parad “Qurd Qapısı” deyilən ərazidən başlayıb, indiki Biləcəriyə qədər uzanıb. İndiki Bakı Dövlət Universitetinin ərazisi əvvəllər “Qırmızı qışlaq” adlanan yer idi. Oradan da keçmək şərti ilə Qafqaz İslam Ordusu Bakıya təntənəli şəkildə daxil olub və komandan Nuru Paşa həmin paradı keçirib. Budəfəki parad Qafqaz İslam Ordusunun şəninə keçirilən ikinci belə tədbirdir. Qafqaz İslam Ordusu buna haqq edir, Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakının azad edilməsində Nuru Paşanın böyük rolu olub. Mənə elə gəlir ki, 100 illik ərəfəsində, hadisələrin gedişatında biz Bakının gözəl bir yerində Nuru Paşaya, yəni Bakının xilaskarı olan bu insana abidə qoymalıyıq”.



Tarixçinin sözlərinə görə, TRT televiziyası Qafqaz İslam Ordusu haqqında ayrıca bir film çəkir:

“Həmin filmdə mən də iştirak etmişəm, Qafqaz İslam Ordusu haqqında danışmışam. Aldığım məlumata görə, sentyabrın ya 14-ü ya da 15-i Türkiyənin Prezident iqamətgahında həmin filmin təqdimatı keçiriləcək”.



“Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət tarixini araşdıran Akif Aşırlı da parad haqqında ətraflı məlumata malik deyil:

“Televiziyalarda, saytlarda parada hazırlığın görüntüləri yayımlanır. Bakı zəfərini özündə əks etdirən belə bir paradın keçirilməsinə çox ciddi ehtiyac var idi və bunu müsbət dəyərləndirirəm. Tarixdə də bu şəkildə rəsmi keçid olub, hətta 1918-ci il sentyabrın 17-də Hürriyət meydanında əsgərlərin rəsmi keçidi təşkil olunib və bayram əhval-ruhiyyəsi hökm sürürdü. 1 il sonra, 1919-cu ildə də Azərbaycan əsgərlərinin rəsmi keçidi olub. Bu paradların keçirilməsinin tarixi kökləri var. Hesab edirəm ki, bu paradın keçirilməsi bizim tariximizə, Bakının qurtuluş savaşına və həmin dönəmlərdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olanlara hörmət əlamətidir. Həm də Azərbaycan istiqlalına, müstəqilliyimizə bir münasibətdir”.



Akif Aşırlı deyib ki, paradla bağlı ona hansısa dəvət gəlməyib.

“Hələ ki məni də dəvət etməyiblər, ətraflı bir məlumatım yoxdur. Paradın kim tərəfindən və neçə təşkil olunması ilə bağlı məlumata malik deyiləm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5377 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020
19-10-2020