Mobil versiya
“Ermənistan Rusiyanı əldən qaçırmaq istəmir” - Zahid Oruc Paşinyanın Moskva səfərini ŞƏRH ETDİ
Tarix: 10-09-2018 | Saat: 16:43
Bölmə:Siyasət | çapa göndər

“Ermənistan Rusiyanı əldən qaçırmaq istəmir” - Zahid Oruc Paşinyanın Moskva səfərini ŞƏRH ETDİ


Sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada rəsmi səfəri zamanı "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" deyib.

Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyə hazır olmayacaq. Paşinyana görə, bu kontekstdə hansısa güzəşt “zəiflik” kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir.

Paşinyanın bu sözləri nəyə hesablanıb?



Məsələ bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc deyib ki, Erməninstanın hazırki rəhbərliyinin davranışında tibbi aləmdə deyilən ikiləşmə problemi çox aydın şəkildə görülür:

“Bu da ondan ibarətdir ki, Paşinyan öz ölkəsi içərisində hələ də millətçi, inqilabçı qiyafəsində bəyanatlar verməklə özünün keçmiş, yaxud gələcək rəqiblərinə qarşı böyük hüquqi, siyasi cəbhələr açmaqdadır. Ermənistan müharibə meydanını xatırladır, sabiq prezidentləri həbsə atır və yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Birliyinin rəhbərinə qarşı cinayət işi qaldırır, eynən də digər fiqurlarla da bağlı müxtəlif xarakterli çəkişmələrin içərisinə qatılır”.



Deputatın sözlərinə görə, bu, Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərinə etdiyi çox uğurlu səfərdən təsirlənərək tələm-tələsik atdığı bir addımdır:

“Qətiyyən onu cavab reaksiyası səviyyəsində saya bilmərik, nəticədə eyni miqyasda müqavilələrin və yaxud hansısa sənədlərin şahidi olmadıq. Sanki bir qubernator Putinin qəbuluna gəlib, lakin o zaman da görürsünüz ki, konkret sənədlər, layihələr ortada olur. İndiki halda biz onu gördük ki, Paşinyan Putinlə çox yüksək görüşünün keçdiyini, bütün problemlərin həll olduğunu söylədi. Nəyə görə bu görüş əgər demokratik bir liderin fəaliyyətindən danışılırsa, açıq-aşkar xalqa göstərilmədi. Əksinə, mənə elə gəlir ki, Paşinyan daha artıq dərəcədə xalqın suallarından qaçmaq, gündəmi dəyişmək üçün Rusiya ilə münasibətlərin ona problem yaradacağını dərk edərək, addım atır. Paşinyan öz ölkəsində başqa bir formadadı, Moskvaya gedəndə isə tam Sarkisyanlaşır. Paşinyan elə bilir ki, ordan verdiyi bəyanatlar, hədələyici ton ənənəvi müttəfiqinin bizə olan münasibətinə təsir edəcək. Göstərmək istəyir ki, “Putinlə biz bütün problemləri çözmüşük və yenə də bu qüvvəyə söykənirik, Qarabağ məsələsində də ən ciddi zərbələri vurmağa hazırıq”. Amma reallıqda bu söz dumanının arxasında hansı razılaşmalar var? Bu bəlli deyil. Ermənistan Rusiyanı əldən qaçırmaq istəmir. Çünki əgər Rusiya əlini Ermənistanın üzərindən çəksə, vəziyyətləri daha da pisləşəcək”.



Zahid Orucun sözlərinə görə, Azərbaycan heç bir zaman Ermənistanı Rusiyanın köləsi olduğuna görə hədələmir.

“Bizim ölkəmizin davası Ermənistanın müstəqil və yaxud qeyri-azad durumu ilə bağlı məsələ deyil. Bu Ermənistanın özünün seçimidir. Bizim məsələmiz Qarabağ problemidir. Zənn edirəm ki, bu gün Rusiya-Azərbaycan münasibətləri qat-qat dəyərə malikdir, nəinki, Ermənistanla münasibətlər. Səbəb olaraq çox amilləri saymaq olar. Belə ola şəkildə Putin Paşinyana hansısa bir ümid verəsi deyil. Putin Qarabağ məsələsində heç bir zaman Paşinyanın mövqeyini gücləndirəcək addımlar atmaz. Bu, Rusiyanın özünün mövqeyərinə ziyandı. Rusiya heç bir zaman Azərbaycanla münasibətlərinə xələl gətirəcək addımlar atmaz. Paşınyan elə zəif fiqurdur ki, o, heç bir zaman Azərbayanla Rusiyanın arasına girə bilməz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024