Mobil versiya
Bu dövlət qurumlarında xidməti avtomobillərin sayı artırıldı
Tarix: 07-09-2018 | Saat: 10:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu dövlət qurumlarında xidməti avtomobillərin sayı artırıldı


Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilib.

aia.az xəbər verir ki, bu haqda qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi 3-dən 4-ə qaldırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024