Mobil versiya
Azərbaycanda ceyranların yaşadığı qoruq fermerlərə verildi
Tarix: 04-09-2018 | Saat: 09:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda ceyranların yaşadığı qoruq fermerlərə verildi


Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin üçün istifadə edilməsi ilə bağlı ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən sözügedən əraziyə yenidən baxış keçirilib.

Bu barədə aia.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən “Aqroinkişaf-2017” MMC-yə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.

Nazirliyin əməkdaşları tərəfindən bir daha şirkət nümayəndələrinə bildirilib ki, Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə təsərrüfat-tədqiqat işləri aparıldığı dövrdə ceyranların yaşam şəraitinə təsir göstərən amillərə riayət olunsun. Ceyranların intensiv hərəkətinin qeydə alındığı Acınohur gölünün cənub və Mingəçevir su anbarının şimal hissəsində fermerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı ETSN-in yerli qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024