“Bu gün Dağlıq Qarabağdan da danışacağıq” - İlham Əliyev
Tarix: 01-09-2018 | Saat: 13:19
Bölmə:Manşet / Siyasət | çapa göndər
"Bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir”.
BakuPost xəbər verir ki, bu sözləri prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutan görüş zamanı deyib. O, bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib: "Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.
Ölkə başçısı görüşdə Qarabağ münaqisəşindən də danışılacağını əlavə edib: "Bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024