Mobil versiya
Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMA
Tarix: 31-08-2018 | Saat: 10:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMA


Bu ilin aprel ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) təşəbbüsü ilə 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub.

Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.

DYP-nin bu təşəbbüsü ard-arda baş verən süpürgəçi ölümlərinin qarşısının alınması məqsədi daşıyır. Belə ki, jiletlərin işıqqaytarma funksiyası günün qaranlıq saatlarında sürücülərin onları görməsinə şərait yardır və nəticə etibarilə baş verə biləcək qəzanı önləyir. Amma səhərin qaranlığında yola çıxsanız əksər süpürgəçi xanımların əynində bu geyimi görməyəcəksiniz. Səbəb nədir? Jiletlər deyildiyi kimi bütün rayonlar üzrə paylanmadı, yoxsa işçilər onu geyinməkdən imtina etdi?

Məsələ ilə bağlıModern.az-a danışan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, lazım olan sayda jiletlər bütün rayonlar üzrə paylanıb:

"Yol nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə yollar və küçələrin təmziliyilə məşğul olan mənzil təsərrüfat birliyinin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün dövlət yol polisinin təşəbbüsü və vəsaiti hesabına 500-dən artıq jilet gətirildi. Bizə verilmiş siyahı üzrə hər bir rayona paylandı.

Bu geyimləri geyinib işləyənlər də var, geyinməyənlər də. Kim düzgün istifadə edirsə, deməli öz təhlükəsizliyini təmin edir. Bilirsiniz, hətta bu jiletləri geyinsək belə, öz-özümüzü qorumalıyıq. Bu o demək deyil ki, jileti geyinib maşınların qabağına çıxmalısan”.

V.Əsədov bir daha bədbəxt hadisələrin baş verməməsi üçün təsərrüfat işlərində çalışanları və sürücüləri diqqətli olmağa səsləyib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024