Mobil versiya
Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanındadır - Baş nazir
Tarix: 29-08-2018 | Saat: 16:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanındadır - Baş nazir


Azərbaycanın Baş naziri Novruz Məmmədov bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki qardaş ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

B.Yıldırımı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov onun parlament sədri kimi ilk səfərini Azərbaycana etməsinin yüksək qiymətləndirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Baş nazir deyib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. İki ölkə bütün sahələrdə əməkdaşlıq edir, bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.

N.Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sıx dostluq münasibətləri ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Birlikdə reallaşdırılan qlobal layihələrin əhəmiyyətindən bəhs edən Baş nazir qardaş ölkələrin qanunverici orqanları arasındakı əlaqələrin də məmnunluq doğurduğunu ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş nazir Novruz Məmmədov deyib ki, Türkiyə bu məsələnin həllində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.

N.Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edən Türkiyə parlamentinin sədri Binəli Yıldırım hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etməsinin ənənəyə çevrildiyini bildirib. Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını xatırladan Binəli Yıldırım hər zaman olduğu kimi, TBMM-nin sədri vəzifəsində də hər iki ölkənin mənafeyinin müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Böyük Millət Məclisinin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və bu dəstəyin davamlı olacağını diqqətə çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024