Mobil versiya
Elmar Vəliyev istefaya göndərildi
Tarix: 29-08-2018 | Saat: 12:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

Elmar Vəliyev istefaya göndərildi



Naqif Həmzəyevin "öncəgörmə”si gerçəkləşmədi



Nəhayət ki, çoxdan gözlənilən hadisə baş verdi. Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Elmar Vəliyevin bir daha Gəncəyə rəhbərlik edə bilməyəcəyi onun Yunis Səfərov tərəfindən güllənəndiyinin ertəsi gün məlum olsa da, bununla barışmaq istəməynlərin fikirləri də aydın idi. Yeri gəlmişkən qeyd edək ki, Elmar Vəliyevin bir daha Gəncəyə rəhbərlik edə bilməyəcəyi haqqında qəti fikir onun səhhəti ilə və ötən gün onun istefaya göndərilməsi də bununla bağlı deyil. Halbuki, mətbuatda heç bir rəsmi mənbəyə istinad etmədən, belə fikirlər var idi ki, "Elmar Vəliyevin vəzifədən çıxarılması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzun müddətli müalicəyə və bərpaya ehtiyacı ilə bağlıdır. Guya həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur”.

Çox maraqlıdır ki, mətbuatda yer alan bu fikirlərin haradan qaynaqlandığı məlum deyil. Yuxarıda qeyd etdiyimiz məlumatı yayan media orqanları bu fikirlərin kimə məxsus olduğuna aydınlıq gətirmirlər. Belə görünür ki, həmin fikirlər jurnalist təxəyülünün məhsuludur. Ancaq bunu elə bir şəkildə ediblər ki, bu məqam, yəni Elmar Vəliyevin uzun müddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı fikir üçüncü şəxsin fikirləri kimi yer alıb. Aydın hiss olunur ki, kimlərsə Elmar Vəliyevin istefaya göndərilməsini məhz onun səhhəti ilə əlaqələndirməyə çalışıblar. Halbuki Elmar Vəliyevin səhhətinin yaxşı olması, tezliklə iş başına dönəcəyi ilə bağlı rəsmi şəxslər tərəfindən fikirlər səsləndirilirdi. Məsələn, Elmar Vəliyevin istefaya göndərilməsi haqqında prezident sərəncamı elan olunmazdan ən azı 50 gün əvvəl, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev mətbuata açıqlamasında bəyan etmişdi ki, "Elmar Vəliyev qısa müddətdə işə dönməyi planlaşdırır”. YAP Gəncə təşkilatının sədri, deputat Naqif Həmzəyev kifayət qədər rəsmi şəxs olduğu kimi, həm də Elmar Vəliyevə yaxın adamlardan biri hesab olunur. Naqif Həmzəyevin Elmar Vəliyevin mövcud vəziyyəti ilə mütəmadi təmasda olması onun səhhəti və müalicəsi ilə bağlı yayılan şayiələrin heç bir əsası olmadığı, qısa bir müddətdə işinə dönəcəyi haqqında israrlı fikirlərini şübhə altına almaq üçün heç bir əsasımız yoxdur. İndi bəzi media orqanlarının heç bir mənbyə istinad etmədən Elmar Vəliyevin məhz səhhətinə görə vəzifədən kənarlaşdırılması haqqında məlumatlar deputat Naqif Həmzəyevin fikirləri ilə müqayisədə əsassız görünür.

Çox maraqlıdır ki, Elmar Vəliyevin sağaldığını nümayiş etdirən görüntülər məhz prezident sərəncamının elan olunmasından az öncə yayılmışdı. Belə çıxır ki, həm Naqif Həmzəyev, həm də Elmar Vəliyevin sağalması haqqında görüntünü yayanlar onun səhhətinin vəzifəsinin icrasına mane olmaması ilə bağlı mesaj verməyə çalışıblar. Həmin görüntülər "Elmar Vəliyev tam sağalıb” başlığı ilə yayılmışdı. Bütün bunlar belə deməyə əsas verir ki, Elmar Vəliyevin istefaya göndərilməsi onun səhhəti ilə bağlı olmayıb. Eyni zamanda hansısa dairələr Elmar Vəliyevin səhhətinin yaxşı olması haqqında israrlı məlumat yaymaqla onun vəzifəsində qalmasına çalışıblar.

Görünür bu və ya digər dəlillər ölkə rəhbərlərinin Elmar Vəliyev haqqında fikirini dəyişə bilməyib və onun səhhəti ilə bağlı həkimlərin son qərarı olmadan, o vəzifədən kənarlaşdırılıb.

Elmar Vəliyevin iş qabiliyyətini tam bərpa etməsinin uzun müddət tələb etdiyini, buna görə Gəncə kimi böyük və mühüm şəhərin rəhbəri postunu boş saxlamaq məqsədəuyğun hesab olunmaması haqqında fikirlərin də əsası yoxdur. Çünki Gəncə böyük şəhər olsa da, paytaxt deyil. Halbuki Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunduğu vaxtdan bu günə qədər Bakının icra hakimiyyətinin başçısı rəsmən elan edilməyib.

Bütün bunlar belə qəanətə gəlməyə imkan verir ki, Elmar Vəliyevin istefaya göndərilməsi onun səhhəti ilə bağlı deyil. "Yeni Sözçü” qəzetinin redaksiaysına daxil olan bir məlumata görə Elmar Vəliyev Yunis Səfərov tərəfindən güllələnməsə belə, onun fəaliyyətindən çox narazılıqlar, hətta Gəncə şəhər icra hakimiyyətinin başçısı postundan kənarlaşdırılması ilə bağlı müzakirələr də olub. Ancaq onun güllələnməsindən sonra ictimaiyyətin reaksiyası hakimiyyəti çox dərindən düşünməyə, Elmar Vəliyev səhhətini tam bərpa etsə belə onun bir daha Gəncəyə qayıtmasının məqsədə müvafiq olmadığı haqqında yekdil fikir formalaşıb. Hakimiyyətə aydın olub ki, istər icra başçısı, istərsə də YAP Gəncə təşkilatı ciddi dayaqlara malik deyil. Yaxın zamanlarda YAP Gəncə təşkilatının rəhbərliyində də dəyişiklik baş versə, təəccüblənməyin. Çünki məntiq bunu tələb edir. Gəncənin yeni icra başçısı Niyazi Bayramovun Elmar Vəliyevin Gəncədə yaratdığı tonqalı söndürmək kimi çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyi isə başqa bir yazının mövzusudur. Ancaq aydın görünür ki, hakimiyyətin əsas vəzifəsi ilkin olaraq məhz Elmar Vəliyevin Gəncədə törətdiyi fırtınanın səngidilməsidir. Çünki Gəncədə baş verənlər Azərbaycanın ictimai-siyasi həyatında yeni hadisələrə yön vermək gücündədir. Bunu keçmiş hadislər də təsdiq edir.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024